20 Sentyabr 2026, Bazar günü
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da
U-21 millimizin heyəti açıqlandı
“Neftçi" və "Qarabağ" qalib gəldi

Ölkə futbolu

Linqman: “Qarabağ” bizə bir neçə il əvvəlki “Neftçi”ni xatırlatdı”

“Qarabağ” bizə bir neçə il əvvəlki “Neftçi”ni xatırlatdı”.

Futbolxeber.az saytının məlumatına görə, bunu HİK-in futbolçusu Lukas Linqman evdə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

25 yaşlı yarımmüdafiəçi bildirib ki, Azərbaycan çempionu təcrübəli baş məşqçisi olan yaxşı komandadır: “Səfər oyununda qol imkanlarımız olsa da, hamısından istifadə edə bilmədik. İnanıram ki, mütəşəkkil oyunumuzla rəqibin müdafiəsini yara bilərik. Həmçinin özümüz də arxa xətdə diqqətli olmalıyıq ki, “Qarabağ”ın hücumçuları fərqlənə bilməsinlər”.

Qeyd edək ki, bu gün keçiriləcək HİK–“Qarabağ” görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İlk matçda Ağdam təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30