Ölkə futbolu
"Qarabağ" belə çətinliklərə öyrəşib, amma sonda mərhələ adlayıb”
Milli komandamızın məşqçisi Arif Əsədov "Qarabağ"ın UEFA Çempionlar Liqasının təsnifat mərhələlərindəki çıxışları barədə Futbolxeber.az saytının suallarını cavablandırıb.
- “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində cavab oyununa çıxır. “Rakuv”la matç barədə fikirləriniz? Komandamızın turu keçmək şansları nə qədərdir?
- İlk olaraq "Qarabağ"a və bütün klublarımıza uğurlar arzulayıram. "Qarabağ"ın şanslarını yüksək qiymətləndirirəm. Baxmayaraq ki, komandamız Polşada məğlub olub. Hesab edirəm ki, bu, yalnız hesab baxımından məğlubiyyətdir. Oyun baxımdan "Qarabağ" ilk matçda rəqibdən daha yaxşı görünürdü. Vurulan qollara da baxsaq, komanda şəklində qurulan hücumun nəticəsidir. Bu da onu göstərir ki, "Qarabağ" komanda oyunu baxımından "Rakuv"dan daha yaxşıdır. Rəqib güclüdür, nizam-intizamlıdır, amma "Qarabağ"ın dişinə görədir. "Qarabağ" belə çətinliklərə öyrəşib, amma sonda yenə də mərhələ adlayan tərəf olub.
- “Qarabağ” turu keçərsə, növbəti mərhələdə Kiprin "Aris" klubu ilə qarşılaşacaq. Fikrinizcə, Kipr klubu "Qarabağ" üçün uyğun rəqibdir?
- Biz ilk olaraq bugünkü oyun barədə düşünməliyik. Məncə, Polşa çempionu Kipr çempionundan daha üstündür. "Qarabağ" özü də "Aris"dən qat-qat üstün komandadır. Baxmayaraq ki, Kipr klubu BATE-yə 2 oyunda 11 qol vurub. Onu da qeyd edək ki, BATE Belarus üçüncüsüdür, çempionu deyil. Yenə də "Qarabağ" "Aris" komandasına qarşı da şanslarını yüksək qiymətləndirirəm.
- Yeri gəlmişkən, Ağdam klubu mərhələ adlaya bilməsə, Avropa Liqasında "Molde" - "HİK" cütünün məğlubu ilə qarşılaşacaq. Bu rəqiblər komandamıza nə dərəcədə sərf edir?
- Məğlubiyyət barədə düşünmək istəməzdik. Amma şər deməsək, xeyir olmaz. Amma bu klublardan hansının düşməsinin fərqi yoxdur. "Qarabağ" bundan da güclü rəqiblərlə qarşılaşıb. Bu baxımdan həm "Molde", həm də HİK "Qarabağ"ın dişinə görədir.
- "Qarabağ"ın hazırkı heyəti nə dərəcədə güclüdür? Komanda Çempionlar Liqasında hansı mərhələyə qədər irəliləməyə qadirdir?
- "Qarabağ"da bu dönəmlərdə oyun baxımından çətinliklər olur. Çünki komandadan gedənlər olur, əvəzində yeni oyunçular transfer olur. Ona görə çətinliklər olur. Düşünürəm ki, "Qarabağ" qarşıdakı oyunlarda daha güclü performans nümayiş etdirəcək. Hücumçu mövqeyinə mütləq yeni transfer lazımdır. Hazırda həmin mövqedə Cica oynasa da, bilirik ki, o da sırf hücumçu deyil. Bu baxımdan hücumçuya ehtiyac var. Yeni transfer Juninyonun hələ ki performansını görməmişik. Bu oyunlarda ondan istifadə etmək yaxşı olar. Qruplara düşmək üçün isə hücumçuya ehtiyac olacaq.
- Ağdam təmsilçisinin qapıçı seçimi ilə bağlı nə deyə bilərsiniz? Səhvlərə baxmayaraq, baş məşqçi Qurban Qurbanov Şahruddinə inanır. Ehtiyatda isə Luka Quqeşaşvili və gənc Amin Ramazanov var. Bu qapıçıları necə müqayisə edərdiniz?
- Qapıçı ilə bağlı həmişə fikrimi bildirmişəm ki, bu mövqedə səhv qaçınılmazdır. Qapıçının səhvi isə sığortalanmadığı üçün gözə tez görünür. Məncə, Şahruddin yenə də bir nömrəli qapıçıdır. Həm millidə, həm də "Qarabağ" da ona ehtiyac var. Ona görə qarşıdakı oyunlarda Şahruddinin çox köməyi dəyəcək. Komandaya qapıçı gətirməklə Şahruddinə psixoloji baxımdan təsir etmiş olarıq.
Azad NURİYEV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
02.11.2026
01.11.2026
























