19 Mart 2026, Cümə axşamı
Andrey Demçenkodan qələbə şərhi
“Araz-Naxçıvan”dan vacib qələbə
Ayın qolunun müəllifi mükafatlandırıldı
25-ci turun hakim təyinatları

Ölkə futbolu

Mahirdən qol və məhsuldar ötürmə

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" (Zaqreb) bu gün Xorvatiya çempionatında 2-ci tur oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, komanda səfərdə "İstra 1961" ilə qarşılaşıb. Oyun Zaqreb təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

M.Emreli sözügedən görüşdə start heyətdə meydana çıxıb. O, matçda fərqlənməyi də bacarıb. 6-cı dəqiqədə Luka İvanuşeçin vurduğu qolun ötürməsini Emreli verib. Həmçinin o, 57-ci dəqiqədə komandasının 2-ci qoluna imza atıb. Hücumçu 88-ci dəqiqədə Bruno Petkoviç ilə əvəzlənib.

Qeyd edək ki, Mahirin komandası hazırda turnir cədvəlində 3 xalla 4-cüdür. Zaqreb təmsilçisi ilk turda "Hayduk"a 1:2 hesabı ilə uduzub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31