20 Mart 2026, Cümə
Millimiz 27 futbolçu dəvət aldı
U-21 millimizin heyəti açıqlandı
Andrey Demçenkodan qələbə şərhi
“Araz-Naxçıvan”dan vacib qələbə

Ölkə futbolu

"Jelezniçar" Bakıya ciddi itkilərlə gələcək

Bosniya və Herseqovinanın "Jelezniçar" komandasının futbolçusu Amar Drina Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının cavab oyununu buraxacaq.
 
Futbolxeber.az saytının məlumatına görə, buna 21 yaşlı müdafiəçinin evdə "ağ-qaralar"la 2:2 hesablı heç-heçə etdikləri ilk qarşılaşmada sarı vərəqə görməsi səbəb olub. Bu mövsüm avrokuboklarda 3-cü dəfə rəsmi xəbərdarlıq alan gənc oyunçu cəzalı duruma düşüb.
 
Sarayevo təmsilçisinin heyətində başqa itkilər də var. Edin Kokaliç, Edin Rustemoviç və Semir Ştiliç ilk matçda iştirak etməyiblər. İrfan Yaşareviç və Cozef Amoa isə "Neftçi" ilə qarşılaşmada zədələnərək meydanı tərk ediblər.
 
Qeyd edək ki, avqustun 3-də 8-ci km stadionunda oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31