15 Avqust 2026, Şənbə
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi

Ölkə futbolu

Konfrans Liqası: “Neftçi” və “Sabah”ın rəqibi müəyyənləşdi

Bu gün Konfrans Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulur.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan klublarının 2-ci mərhələdəki potensial rəqibləri cavab matçlarına çıxıblar.

"Sabah"ın mümkün rəqiblərindən olan Latviya RFŞ-i Şimali Makedoniya təmsilçisi "Makedoniya"nı qəbul edib və 4:1 hesabı ilə qalib gəlib. Latviyadakı ilk oyunda da 1:0 hesabı ilə qalib gələn RFŞ 2-ci mərhələyə yüksəlib. Komanda növbəti mərhələdə "Sabah"la qarşılaşacaq. Bu komandalar arasında ilk oyun iyulun 27-i Latviyada, cavab görüşü avqustun 3-ü Azərbaycanda olacaq.

"Neftçi"nin potensial rəqibləri olan Belarusun "Dinamo"si (Minsk) isə Bosniya və Herseqovina "Jelezniçar"ı ilə üz-üzə gəlib. Görüş UEFA-nın qərarına əsasən, Bakıda "Azersun Arena"da oynanılıb. "Jelezniçar 2:1 hesabı ilə qalib gəlib və 2-ci mərhələdə "Neftçi"yə rəqib olub. Bakı təmsilçisi ilk oyununu iyulun 27-i səfərdə, cavab matçını avqustun 3-ü evdə keçirəcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31