12 May 2026, Çərşənbə axşamı
Yuri Vernidubdan qələbə şərhi
Berdiyev: “Heyət güclənməlidir”
“Qalib gəlmək üçün ölməlisən”
"Sumqayıt"ın futbolçusu mükafatlandırıldı

Ölkə futbolu

"Sumqayıt"da israilli yarımmüdafiəçi

2023/2024 mövsümünə hazırlıqları Türkiyənin Ərzurum şəhərində davam etdirən "Sumqayıt" daha bir futbolçu ilə müqavilə imzalayıb. 
 
Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Premyer Liqa təmsilçisi israilli yarımmüdafiəçi Roi Kahatı heyətinə cəlb edib. Klubun Ərzurumdakı düşərgəsinə qatılan futbolçu ilə 2 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, Roi Kahat karyerası ərzində ölkəsinin "Makkabi Təl-Əviv", "Hapoel Bir Şeva", "Makkabi Yavne", "Makkabi Hayfa",  "Makkabi Netanya", həmçinin Avstriyanın "Avstriya" (Vyana) klublarında forma geyinib. 31 yaşlı futbolçunun son komandası İsrail təmsilçisi "İroni Kiryat Şmona" olub.
 
İsrailin bütün aşağı yaş qrupu millilərində oynamış yarımmüdafiəçi əsas yığmada da 5 matça çıxıb. 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31