11 Avqust 2026, Çərşənbə axşamı
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi

Ölkə futbolu

“Kəpəz”in hücumçusu: “Bombardir olmağı düşünürəm”

"Kəpəz"in futbolçusu Andullahi Şuaybu klubun mətbuat xidmətinə açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, nigeriyalı hücumçu əvvəlcə komandanın yeni mövsümə hazırlığından danışıb:

"Komandamız təlim-məşq toplanışına başlayıb. İşlər yaxşı gedir. Yeni komanda qurulur. Ümid edrəm ki, bu kollektiv yaxşı nəticə verəcək. İnşallah belə də olar. Özümə gəlincə, fikrim məşqlərə yönəlib. Komandam üçün əlimdən gələn ən yaxşısını edəcəyəm".

Ötən mövsüm çempionatda vurduğu 11 qolla "Kəpəz"in bombardiri olan 21 yaşlı futbolçu yenə qollarını sıralamağa çalışacağını bildirib: "Ötən çempionatdan daha yaxşı çıxış etməyə çalışacağıq. Starta kimi mübarizəyə hazır olacağıq. Bəli, ötən mövsüm komandanın ən sərrast futbolçusu olmuşdum. qol ötürmələri də vermişdim. Yeni mövsümdə də qolları sıralamağı, bombardir olmağı düşünürəm".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31