22 Mart 2026, Bazar günü
Yuri Vernidub: “Borcumuzu qaytarmalıydıq”
“Neftçi”nin hücumçusu mükafatlandırıldı
Azər Bağırovdan qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı

Ölkə futbolu

"Linkoln"un qapıçısı: "Qarabağ"ı məğlub etmək çox çətin olacaq"

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Linkoln"un qapıçısı Nauset Qarsiya Ağdam klubuna evdə uduzduqları (1:2) ilk oyunla bağlı danışıb.

Futbolxeber.az saytının məlumatına görə, ispaniyalı qolkiper "Qarabağ"ın onları hərtərəfli üstələdiyini bildirib:

“İlk görüşdə üstünlüyü ələ keçirə bildik, lakin ikinci qolu vura bilmədik. Bildiyiniz kimi, böyük komandalar əllərində olan hər şeydən istifadə edirlər. "Qarabağ" qələbə qolunu ən sonda vurdu. Buna görə məyus olduq. Amma biz böyük büdcəl klub və son illərdə müntəzəm olaraq avrokuboklarda çıxış edən çox səviyyəli oyunçularla üz-üzə idik".

Qarsiya etiraf edib ki, "Qarabağ"a 1:2 hesablı məğlubiyyətdən sonra mərhələni keçmək çox çətin görünür: "Cavab matçında oyun ritmimizi ortaya qoymağa və rəqibin çatışmazlıqlarından istifadə etməyə çalışmalıyıq ki, onları üstələyək. "Qarabağ"ı məğlub etmək çox çətin olacaq. Mərhələni keçmək isə daha da çətin görünür. Amma futbolda mümkünsüz heç nə yoxdur”.

Qeyd edək ki, "Qarabağ"la "Linkoln" arasında cavab görüşü iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31