20 Mart 2026, Cümə
U-21 millimizin heyəti açıqlandı
Andrey Demçenkodan qələbə şərhi
“Araz-Naxçıvan”dan vacib qələbə
Ayın qolunun müəllifi mükafatlandırıldı

Ölkə futbolu

"Qarabağ" aparıcı üzvünü itirdi

Ağdamın “Qarabağ” klubu və Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev zədələnib. Lent. az-ın məlumatına görə, 21 yaşlı müdafiəçi Premyer Liqanın X turunda “Sumqayıt”la səfər matçı zamanı xəsarət alıb. Nəticədə o, 20-ci dəqiqədə yerini komanda yoldaşı Hacı Əhmədova verib. Oyundan sonra Qarayev Lent. az-a bildirib ki, ayağı burxulduğu üçün meydanı tərk etməli olub. Gənc futbolçu zədənin ciddilik dərəcəsinə oktyabrın 21-də aparılacaq tibbi müayinədən sonra aydınlıq gələcəyini söyləyib. O, ilkin ehtimallara əsasən, ən azı 1-2 həftə yaşıl meydanlardan uzaq qalacağını vurğulayıb. Qeyd edək ki, hazırda Premyer Liqanın lideri olan “Qarabağ” XI turda “Xəzər Lənkəran”ın qonağı olacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31