11 Avqust 2026, Çərşənbə axşamı
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi

Ölkə futbolu

İspan qapıçı: "Qarabağ"ı ilk dəqiqədən narahat etməyə çalışacağıq"

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Linkol"un qapıçısı Qarsiya Santana Ağdam klubu haqda danışıb.

Futbolxeber.az-ın məlumatına görə, ispan qolkiper klubun saytına açıqlamasında çətin rəqiblə düşdüklərini, "Qarabağ"la görüşü səbirsizliklə gözlədiklərini deyib:

"Bilirik ki, püşkatmada bizə çətin rəqib düşdü. "Qarabağ" son illərdə Avropada çox yaxşı mübarizə aparır. Amma futbolda hər şey ola bilər; Çalışacağıq ki, rəqibi elə ilk dəqiqədən narahat edək. Biz hazırıq və çərşənbə axşamını səbirsizliklə gözləyirik".

Qeyd edək ki, "Qarabağ" Cəbəllütariq klubuna qarşı ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31