25 Avqust 2026, Çərşənbə axşamı
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Ölkə futbolu

“Bu hazırlıqla inanmıram ki, “Neftçi” mərhələ adlasın”

“Sabah”ın transferləri barədə geniş məlumatım yoxdu. Lakin düşünürəm ki, Şimali Makedoniya, yaxud Latviya klubunun rəqib düşməsindən asılı olmayaraq, “Sabah” mərhələ adlaya biləcək. Paytaxt klubu bu rəqibləri rahatçılıqla keçə biləcək gücdədi”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri veteran futbolçu Yunis Hüseynov Azərbaycan klublarının - “Neftçi”, “Qəbələ” və “Sabah”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki şanslarını dəyərləndirərkən deyib.

Təcrübəli mütəxəssis bildirib ki, eyni sözləri “Qəbələ” haqda demək olmur: “Mövsüm başa çatdıqdan sonra “Qəbələ”ni xeyli sayda futbolçu tərk edib. Hələlik yalnız 1 transfer ediblər (söhbət dünən olub - red.). Eşitdim ki, Ayzaya heyətə cəlb olunub. Aparıcı oyunçuların gedişi komandaya təsir edəcək. “Qəbələ” mütləq güclənməlidi. Əks halda mərhələ adlamaq çox çətin olacaq”.

Y.Hüseynov “Neftçi” ilə bağlı da ümidsiz danışıb: “O ki qaldı “Neftçi”yə, bu klubda heç nə aydın deyil. Nə komandanın baş məşqçisi var, nə də yeni transferlər reallaşdırılıb. Konfrans Liqasının startına isə az vaxt qalıb. Komandaya kimlərin gələcəyi hələ məlum deyil. Baş məşqçi təyinatından sonra dəqiq söz demək olr. Amma ümumi götürdükdə, indiki məqamda, bu hazırlıqla inanmıram ki, “Neftçi” mərhələ adlaya bilsin”.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31