28 Sentyabr 2026, Bazar ertəsi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
“Şahdağ Qusar”dan 8 qollu qələbə

Ölkə futbolu

Coşqun Diniyev “Səbail”də

"Səbail” yay fasiləsində ikinci transferini açıqlayıb.

Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi Coşqun Diniyevlə müqavilə imzalanıb.

Son iki ili “Zirə”də keçirən 28 yaşlı orta sahə oyunçusu növbəti mövsümdən “dənizçilər”in formasını geyinəcək.

Coşqun Diniyevin atası Şahin Diniyev “Səbail”in baş məşqçisi, qardaşı Kərim Diniyev isə köməkçi-məşqçisidir.

Qeyd edək ki, qəsəbə təmsilçisi buna qədər “Qəbələ”nin qapıçısı Səlahət Ağayevi heytinə cəlb edib.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30