30 May 2026, Şənbə
“Qrup lideri olmaq niyyətindəyik”
Millimiz İtaliyanı məğlub etdi
Kaxaber Sxadadzedən qələbə şərhi
“Qəbələ” “Mingəçevir”ə qalib gəldi

Ölkə futbolu

"Qəbələ" günü 1 xalla tamamladı

"Qəbələ"nin 12 yaşa qədər futbolçulardan ibarət komandasının da iştirak etdiyi "Young Talents-2013" turnirinə bu gün start verilib. Futbolxeber.az-ın məlumatına görə, açılış mərasiminin ardından qrup mərhələsi çərçivəsində "Young Talents" Komandası ilə qarşılaşan "qırmızı-qaralar" məğlub olublar - 0:5. Günün ikinci yarısında daha iddialı rəqiblə - Kazan "Rubin"i ilə üz-üzə gələn təmsilçimiz daha yaxşı təsir bağışlasa da, matç sülhlə yekunlaşıb. Hesabı "Rubin" açıb. Lakin həvəsdən düşməyən Ramin Quliyevin yetirmələri status-kvonu bərpa etməyi bacarıblar. "Qəbələ"nin heyətində Həmid Vəliyev fərqlənib və matçın hesabını müəyyənləşdirib - 1:1. Sabah "Qəbələ" qrup mərhələsi çərçivəsində daha 2 oyun keçirəcək. Komandamız öncə "Dinamo" (Kirov, Rusiya), ardından isə "Baltika" (Kalininqrad, Rusiya) ilə münasibətlərinə aydınlıq gətirəcək.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31