31 May 2025, Şənbə
“Neftçi” 7 futbolçu ilə vidalaşdı
Azərbaycan kubokunda final
Elşad Quliyevdən qələbə şərhi
Millimizin finaldakı rəqibi məlumdur

Ölkə futbolu

"Soçi"nin futbolçusuna "Neftçi"dən təklif

Rusiya Premyer Liqası təmsilçisi "Soçi"nin müdafiəçisi Musu Sissako "Neftçi"nin maraq dairəsinə düşüb.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, "Neftçi" 22 yaşlı futbolçunu birdəfəlik almaq şərti ilə icarəyə götürmək istəyir. Klubun malili oyunçuya 250 milyon avro maaş verməyə hazır olduğu vurğulanıb. Bildirilib ki, "Neftçi"nin kapitanı Emin Mahmudovun mümkün gedişini nəzərə alan klub rəhbərliyi Sissako ilə daha çox maraqlanır.

Sissako 2022/23 mövsümündə “Soçi”nin heyətində bütün yarışlarda 15 oyuna çıxıb və 1 qol vurub. Onun klubla müqaviləsi 30 iyun 2025-ci ilə kimi hesablanıb.

Xatırladaq ki, PSJ-nin yetirməsi olan M.Sissako "Soçi"dən əvvəl Belçika "Standard"ında oynayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31