3 Noyabr 2026, Çərşənbə axşamı
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Ölkə futbolu

Dünya reytinqi: "Qarabağ" geriləyib, "Neftçi" irəliləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
 
Futbolxeber.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, 302 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Neftçi" yer alıb.
 
Ağdam klubu ötən ayla müqayisədə 4 pillə geriləyib. Ölkə çempionu 138,5 xalla 71-ci sırada qərarlaşıb.
 
67 xala malik "Neftçi" 21 pillə irəliləyərək 287-ci olub.
 
Reytinqdə lider dəyişməyib. İspaniya “Real”ı 313 xalla birincidir. İngiltərə "Mançester Siti"si 279 xalla ikinci sıraya yüksəlib. İlk "3-lüy"ü 278 xalla Braziliya təmsilçisi “Flamenqo” qapayır.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30