15 Avqust 2026, Şənbə
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi

Ölkə futbolu

ÇL: “Qarabağ”ın püşkatmadakı bütün potensial rəqibləri müəyyənləşdi

"Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki bütün rəqibləri müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, Ağdam təmsilçisi daha yüksək reytinqə malik komandaların olduğu “səpələnmişlər” səbətində yer alıb. Onlar bu sihayıda yalnız “Ferensvaroş”dan geri qalmaqla 2-cidirlər.

“Qarabağ”ın rəqibi “səpələnməmişlər” səbətinə düşən komandalardan biri olacaq. Əvvəlki illərdə olduğu kimi, püşkatmada Ermənistan və Azərbaycanda çempionları bir-biri ilə düşə bilməyəcək.

“Qarabağ”ın püşkatmadakı potensial rəqibləri aşağıda qeyd olunanlardır:

“Linkoln Red İmps” (Cəbəllütariq)

“Ki Klaksvik” (Farer adaları)

“Dinamo” (Tbilisi, Gürcüstan)

“Rakov” (Polşa)

“Partizani” (Albaniya)

“Hakken” (İsveç)

“Farul”(Rumıniya)

“Valmiera” (Latviya)

“Balkani” (Kosovo)

“Larn” (Şimali İrlandiya)

“Hamrun Spartans” (Malta)

“Svift” (Lüksemburq)

“Struqa” (Şimali Makedoniya)

Eləcə də bu 4 komandanın iştirakı ilə keçiriləcək ilkin mərhələnin qalibi:

“Buduçnost” (Monteneqro)

“Breydablik” (İslandiya)

“Tre Penne” (San Marino)

 “Atletik” (Andorra)

Püşkatma mərasimi iyunun 20-də, 1-ci təsnifat mərhələsinin oyunları isə 11/12 iyul və 18/19 iyulda keçiriləcək. “Qarabağ” bu mərhələni keçəcəyi halda - 2-ci mərhələdə də “səpələnmişlər” səbətində yer alacaq. Həmin mərhələnin püşkü isə iyunun 21-də atılacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31