12 Avqust 2026, Çərşənbə
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Ölkə futbolu

Elmar Baxşıyev: “Biz də qarşımıza kuboku qazanmaq vəzifəsi qoymuşuq”

“Sıx qrafikimiz var. Süni ot örtüyündə oynamaq çətin idi. Amma biz zəif təsir bağışlamadıq. Layiqli qələbə qazanaraq finala yüksəldik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun yarımfinalının "Səbail"lə cavab matçından sonra mətbuat konfransında deyib.

Baxşıyev qələbəni belə şəh edib: "Bu oyun üçün uşaqlara təşəkkür edirəm. Finala çıxmağı qeyd etməyə belə vaxtımız yoxdur. Qarşıda çempionatda “Səbail”lə oyun var. Bütün fikrimizi Premyer Liqaya yönəltmişik. Artıq eyni rəqiblərlə ardıcıl oynamağa öyrəşmişik. Onları yenidən məğlub etmək çətin olacaq".

Baş məşqçi "Neftçi" ilə final matçı haqda da danışıb: "Onlar kuboku qazanmaq istəyirlər, amma biz də qarşımıza belə vəzifə qoymuşuq. Ümid edirəm ki, uğur qazanacağıq".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31