Ölkə futbolu
"Rəhbərlik məni əmin etdi ki, yeni transferlər olacaq, maliyyə artacaq"
"Sabah"a gəlməklə bağlı qərarımı çoxları başa düşmədi. "Krasnodar"dan ayrıldıqdan sonra işimdə fasilə verdim. Bir çox tanınmış məşqçilərimizlə danışdım. Onda hamı məsləhət gördü ki, narahat olmayın, çempionatda qış fasiləsinə qədər gözləyin, sonra yaxşı təkliflər yaranacaq. Dedilər ki, “Krasnodar"da yaxşı iş görmüsən, səbr et, tələsmə Prinsipcə, mən elə buna köklənmişdim".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Rusiyanın "Moskovski komsomolets" qəzetinə verdiyi geniş müsahibədə "Sabah"a keçidi barədə danışarkən deyib.
O qeyd edib ki, işsiz olduğu vaxt “Sabah”dan təklif gəlib: "Məni tanışlıq məqsədilə Bakıya dəvət etdilər. Mən Bakıya uçdum, klubu idarə edən insanları bəyəndim. Şəhər özün də çox xoşuma gəldi. Komandaya baxdım və gördüm ki, yaxşı, perspektivli oyunçular var. Və heç kimlə məsləhətləşmədim. Çünki bilirdim ki, bir çox həmkarlarım məni fikrindən daşındırmağa başlayacaqlar. Əvəzində “Sabah”ın təklifi ilə razılaşdım. Məşqçilər heyətimi toplayıb Bakıya uçmağım beş gün kifayət etdi. Və səmimiyyətlə demək istəyirəm ki, o an mən Rusiyadan kənarda işləmək istəyirdim. Rusiya çempionatında çoxlu futboldankənar söhbətlər, əlavə səs-küy var. Rahat işləyə biləcəyim bir yerə getmək istəyirdim. Gördüm ki, Azərbaycanda bunun üçün hər cür şərait var.
“Sabah” yaxşı stadiona, keyfiyyətli meydançaya malikdir. Mən onu da başa düşdüm ki, mənim həftəlik mikrosiklim var və rahat işə başlaya bilərəm. Üstəgəl bu, mənim üçün yeni çağırış idi - komanda sonuncu pillədə gedirdi. Mən onu dəyişə bilərəmmi? Rəhbərlik məni əmin etdi ki, yeni futbolçu transferləri olacaq, maliyyə artacaq. İnandım. Bu gün rəhbərliyin vəd etdiyi hər şey tam yerinə yetirilir. Klub durmadan inkişaf edir. Mən çox şadam ki, Azərbaycana, "Sabah"a gəlmişəm. Burada böyük bir iş görülüb, bundan da zövq alıram. Ən əsası isə bu işin nəticəsi görünür. Bu mövsümün sonunda biz artıq vaxtından əvvəl medalları təmin etdik, növbəti mövsüm üçün Avropa yarışlarına vəsiqə qazandıq. Buna il yarım əvvəl inanmaq çətin idi".
M.Musayev bildirib ki, biz irəliyə doğru böyük bir addım atmışıq: "Azərbaycanlı jurnalistlər, mütəxəssislər bizə hörmət etməyə başlayırlar. Burada mətbuat konfranslarında məndən tez-tez soruşurlar ki, “Sabah” “Qarabağ”la çempionluq uğrunda mübarizə aparacaqmı? Amma belə olmur. “Qarabağ”ın özülü ən xırda detallarına qədər qoyulub. “Sabah” isə komandadır, yolun başlanğıcındadır. Addım-addım irəli gedir. İndi gördüklərimizin nəticəsi superdir. Realist olmalıyıq. Bu mövsüm “Qarabağ”la mübarizə aparmaq çox çətindir. Əgər biz sürətimizi, inkişafımızı davam etdirsək, o zaman gələcəkdə qarşımıza daha yüksək hədəflər qoymaq olar. Amma bu, çox ardıcıl, ciddi iş tələb edir".
Rusiyalı mütəxəssis həmçinin deyib: “Sabah”a gələndə əsas vəzifələrimdən biri futbolçuların psixologiyasını dəyişmək idi. Əvvəl çox yaxşı nəticə göstərməmişdinizsə, bu gün ikinci və ya üçüncü yer üçün mübarizə aparmalısınız. Bu, sizdən əlavə məsuliyyət tələb edir. Uğur üçün hər matçda qələbəyə oynamaq lazımdır. Bunun üçün psixologiyanı dəyişmək lazımdır. İndi isə biz artıq avrokuboklardayıq. Ölkə çempionatının bitməsinə daha yeddi tur qalmış (hazırda 6 tur - red.) çox vacib vəzifəni həll etmiş futbolçuları enişdən qoruyub saxlamaq lazımdır. Keçmiş qələbələrlə kifayətlənmək olmaz".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
10.11.2026
09.11.2026
























