Ölkə futbolu
"Simurq" mənə o şərəfi veribsə..." (Müsahibə)
Bu günlərdə "Simurq"un rəsmi saytı azərkeşlərlə yeni əməkdaşlığa başlayıq. Belə ki, mövsüm ərzində fanatların sualları əsasında klubun futbolçularından müsahibələr götürüləcək. İlk seçim isə komandanın kapitanı Ruslan Poladov olub. Təcrübəli futbolçu ona karyerası, Azərbaycan futbolu və “Simurq” haqqında ünvanlanmış suallara maraqlı cavablar verdi. Həmin müsahibəni təqdim edirik:
- Rüstəm Allahverdiyev: Mənim üçün həmişə futbolçuların ləqəbləri maraqlı olub. “Simurq”da kimlərin ləqəbləri var?
- Komandada eledə çox ləqəbi olan futbolçu yoxdur (gülür). İlkin Qırtımov - “Kətə”, Məhərrəm Hüseynov - “Qara”, Rəşad Eyyubov - “Zidan”, komandadakı Rüstəmlər - “Adaş”, Pavel Kapsa - “Kekebeşnik”.
- Rəsul Tatarov: Milliyə çağırış olsa, nə qərar verərdin?
- Belə bir dəvət gəlsə, demək məsləhət bilib çağırıblar. Əlbəttə, yığma komandanın formasın geyinmək hər bir futbolçu üçün şərəfli bir vəzifədir. Mən də çalışaram ki, üzərimə düşən işin öhdəsindən lazımı səviyyədə gəlim.
- Ceyhun Əfəndiyev: Ruslan qardaş, sənin “Simurq”da oynamağının səbəbi nədir?
- Bu suala belə cavab verərdim ki, bu komandada oynamağımın səbəbi, “Simurq”la mənim maraqlarımın üst-üstə düşməyidir. Komandamın bu günkü məqsədləri ilə mənim məqsədlərim eynidir.
- Yusif Abbaszadə: Ruslan komandada mənim fikrimcə ən intizamlı futbolçudur. İlk öncə buna görə ona azarkeş olaraq təşəkkür edirəm. Bundan sonra da belə davam eləməyini istədiyimi bildirirəm. Sualım isə belədir: Ruslan əgər bu gün seçim etməli olsa, köhnə komandalarından “Xəzər Lənkəran”ı,, yoxsa hazırda kapitanı olduğu “Simurq”u seçərdi? Hansı komandada futbol həyatını davam etdirmək istəyərdi?
- Hal-hazırda “Simurq” mənə o şərəfi veribsə ki, mən burda forma geyinim, əlbəttə ki, Zaqatala təmsilçisin seçərdim. Hansı komandada davam etdirməyim baxır gələcək təkliflərə. Onları sonra dəyərləndirmək mümkün olar. Hamı istəyər ki, ən yaxşı, onun ehtiyaclarına cavab verə biləcək komandalarda forma geyinsin.
- Ceyhun Deff : Ruslan, sən özünü 10 ildən sonra harda və necə görürsən və ya görmək istərdin?
- Yəqin ki, həmin vaxt artıq futbolçu karyeramı başa vurmuş olacam. Bundan sonra isə məşqçi kimi yola davam etmək arzusundayam. Hər şey insanın istəyi ilə deyil. Allah qismət eləsə hansısa klubda məşqçi kimi yoluma davam eləmək arzusundayam.
- Rəşad Əliyev: Ən binici hansı komandada debut edib?
- Yüksək liqada Sumqayıtın “Xəzər” klubunda.
- Bəhruz Cəfərov: Karyeran ərzində ən çox xoşladığın oyun və qol hansı olub?
- Qol “Gənclərbirli”yində forma geyinərkən İmişlinin “Lokomotiv”ın qapısından keçirdiyim. Oyun isə təvəzzükarlıqdan uzaq olsa da, onu deyə bilmərəm ki, hansı oyun olub. Bir çox görüşü qeyd edə bilərəm. Ancaq “Birlik Kuboku”nda “Xəzər Lənkəran”ın heyətində olarkən “Paxtakor”la qarşılaşmanı xüsusi qeyd edərdim.
- Kənan Şəkərov: Ruslan özünü bu il “Simurq” forması ilə Avropada görürmü? Hə va ya yox?
- Hər bir futbolçunun qarşısında məqsəd varsa, əlbəttə ki, görməlidir.
-Tərlan Zəlixov: Zaqatalada oynadığın üçün peşman deyilsən?
- Əlbəttə, yox.
- Qabil Xürşüdov: Bilmək istərdim ki, Ruslan Zaqatala üçün darıxırmı?
- Çox darıxıram. Orda daha rahat oluruq və oyunlara daha yaxşı hazırlaşa bilirik.
- Ülvi Həsənov: Top neçə bucaqlıdır?
- Topun neçə bucaqlı olması əsas deyil. Ən önməlisi odur ki, o topu rəqib qapısından keçirəndən sonra, onlara dünyanın neçə bucaqlı olmasını göstərəsən.
- Eldar Qardaşov: Təcrübəli futbolçu olaraq cavan futbolçulara, gələcək nəsillərə nə deyərdiniz?
- Heç bir çətinlikdən, əziyyətdən qorxmamalıdırlar. Bütün diqqətlərini məşqlərə verib, yüksək nəticələrə nail olmaq üçün çalışmalıdırlar. Əgər qarşılarına məqsəd qoyublarsa, bunun üçün sona qədər mübarizə aparmalıdırlar. Heç bir idmanda pik nöqtə yoxdur. Ən yüksək zirvənin belə üzərinə çıxmaq üçün çalışmaq lazımdır.
- Süleyman Qazıyev: Ruslan Poladova görə Zaqatala azərkeşinin özəlliyi nədir?
- Hesabın necə olmasından asılı olmayaraq komandanı sona qədər dəstəkləmələri. Heç bir vaxt bizi tək buraxmamaları.
- Rəşad Biləndərov: Keçən ilki komandayla, bu ilki heyəti müqayisə etsən hansı daha üstündür? Sizcə, “Simurq” bu il necənci pilləni tutacaq?
- Heç bir zaman müqayisəni xoşlamamışam. Çünki kiminsə haqqını yemək, kimisə kimdənsə üstün tutmaq mənim xasiyyətimə uyğun deyil. Ona görə də, deyərdim ki, mövsümün sonunda komandanın göstərəcəyi nəticəyə uyğun olaraq, əldə edilmiş nəailliyətə görə hansı komandanın güclü olduğu gözə çarpacaq. Ancaq bir şeydə var ki, ötən mövsüm çempionat tam fərqli formatda idi, bu il isə başqa formadadır. Bu baxımdan ötən ilki ilə, bu ilkini fərqləndirməkdə düzgün olmazdı. Əlbəttə ki, məqsədimiz hər zaman çempion olmaq, ilk yerlərdən birini tutmaqdır. Biz maksimumu fikirləşmələyik və bunun üçün mübarizə aparmalıyıq ki, ən azından Avroliqaya vəsiqə qazanaq.
- Turik Əlizadə: Səncə komanda daxili əm paxıl oyuncu kimdir? Amma tək ad...
- Əgər futbol baxımından nəzərdə tutulursa, hal-hazırda Rəşad Eyyubovla, Salif Ballo.
- Fərid Qarazadə: Ona görə Azərbaycanın ən böyük klubu hansıdır? Tam cavab və tək ad...
- Əlbəttə ki, tarixə baxsaq “Neftçi”. Bunu hazırkı çempionata və neçə dəfə çempion olmasına görə demirəm. “Neftçi” ənənələri olan və Azərbaycan futboluna böyük uğurlar qazandırmış klubdur.
- Maki S-off: Komandada ən yaxşı oyuncu kimdir?
- Yenə qeyd etmək istəyirəm ki, nəyisə və kimisə müqayisə etməzdim. Futbol kollektiv oyundur. Belə deyim də, bizdə hər bir futbolçunun öz payı var. Bu səbəbdən də, kimisə fərqləndirməzdim. “Simurq”un oyun tərzidə elədir ki, komandada seçilmiş, konkret lider yoxdur. Hər kəs nəticə qazanmaq üçün öz məqsədini qoyub ortaya. Buradada kiminsə güclü, kiminsə zəif olduğunu demək olmaz. Ancaq belə heyətə baxanda səviyyəli futbolçularımız var və yetəri qədərdir. Misal üçün qapıçımız Pavel Kapsanı göstərərdim ki, öz mövqeyində Azərbaycanda hazırda ən yaxşılardan biridir.
- Rüfət Hüsynli: Azərbaycanda oynamaq rahatdır, yoxsa hər hansı xarici ölkədə və niyə?
- Çepionatların səviyyəsi baxımından baxsaq, xarici ölkələrin bir çoxu bizdən üstündür. Ancaq Azərbaycanda oynamaq ona görə rahatdır ki, ölkənin mentalitetin, adət-ənənələrin, futbol üslübun bilirsən. Xaricdə oynamaq isə nə qədər çətin olsada, bir futbolçu üçün şərəfdir. Çünki Azərbaycanı, öz xalqını təmsil edirsən. Azərbaycan futbolunu hansısa bir ölkədə təmsil etmək və geri döndükdə gördüklərivi, öyrəndiklərivi, yaşadığın hissləri paylaşmaq, burada tətbiq etmək, onları gələcək nəsillərə öyrətmək, milli komandada onu daha yüksək səviyyədə göstərmək əlbəttə ki, lazım olan bir işdir. Bizim futbolun buna ehtiyyacı var.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bölgə klubunda yeni sponsor – məşqçilər və futbolçular göndərilir
- “Səbail”də yeni sponsor?
- Nərimanın ABŞ-dəki illik maaşı rəsmən açıqlandı
- Aleksandr Ramalinqomun yubiley qolu
- Muaddibi rəsmən “Qarabağ”da
- "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
- AFFA-nın baş katibi özünə sosial şəbəkələrdə köməkçi axtarır - FOTO FAKT
- 3 kluba 1 stadion – AFFA-nın “inkişaf strategiyası” budur?
- Abubakar “Bursaspor”a keçir?
- FİFA-nın "Neftçi"nin cəzalandırmasının səbəbi bilindi - EKSKLÜZİV
- FİFA referiləri I Liqa oyunlarında
- Cenklə Avropa “cənginə”
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
- “Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir”
-
21:43
İtaliya - Azərbaycan matçında 3 qol VİDEO
-
20:31
“Qrup lideri olmaq niyyətindəyik”
-
19:18
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı
-
18:55
Millimiz İtaliyanı məğlub etdi
-
18:00
"Ağstafa Gəncləri" II Liqadakı yerini qorudu
-
17:47
İspaniya klubu baş məşqçisi ilə yeni müqavilə imzaladı
-
16:29
Füzuli Məmmədov "Karvan-Yevlax"dan getdi
-
16:12
“Qarabağ”ın iki legionerinə millidən dəvət alıb
-
15:06
Berdıyev: “Azərbaycanlı futbolçular limitin ləğvindən sonra..."
-
14:33
Argentina millisi mundiala bu heyətlə yollanır
-
13:58
Mirmehdi Rzayev: "İtaliyaya mütləq qalib gəlməliyik”
-
13:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:41
Boksçularımız Batumidə 5 medal qazanıblar
-
12:15
Azərbaycan futbolunda heç vaxt heç vaxt demə...
-
11:30
Adriel Ba Loua: “Bu matçda əsas taktika yox, istək idi”
-
10:59
Messinin 6-cı dünya çempionatı
-
09:46
Renat Dadaşov Polşa klubundan ayrılıb
-
22:58
"Şamaxı" onu da göndərdi
-
22:14
"Qəbələ"nin qələbəsi VİDEO
-
21:26
Kaxaber Sxadadzedən qələbə şərhi
-
21:02
Ramiz Məmmədov: “Hər iki qolun səbəbkarı Tural Qurbanov idi”
-
20:43
“Qəbələ” “Mingəçevir”ə qalib gəldi
-
18:59
Millimiz Avropa çempionatına qələbə ilə başladı VİDEO
-
17:15
Elşad Quliyev: “Oyun çətin alındı, lakin qalib gəlməyi bacardıq”
-
17:01
“Mançester Yunayted” Edersonu transfer edir
-
16:37
Millimiz Avstriyanı məğlub etdi
-
16:24
“Barselona” onunla vidalaşmaq istəmir
-
15:50
Modriç “Real”a qayıda bilər
-
15:18
“Mançester Siti”nin “Real”a dəyişir
-
14:42
“Monako”nun yeni baş məşqçisi müəyyənləşdi
-
13:06
Toral Bayramov "Qarabağ"la belə vidalaşdı
-
12:39
Rövlan Muradov: “Mövsüm mənim üçün yaxşı alınmadı”
-
11:25
"Roma"da yeni müqavilə
-
10:51
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:47
"Kristal Pelas" Konfrans Liqasının qalibi oldu VİDEO
-
09:20
İmad Faraj: “İndi qrup mərhələsi barədə düşünməliyik”
-
01:32
Azərbaycan millisi Avropa çempionu oldu
-
00:58
UEFA Konfrans Liqasının qalibi müəyyənləşdi
-
22:42
Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkə iştirak edəcək
-
21:36
"Şamaxı"da növbəti ayrılıq
-
20:14
"Sumqayıt" 2 legioneri ilə vidalaşdı
-
20:00
"Turan Tovuz"u DÇ-2026-da qürurla təmsil edəcəyəm"
-
17:55
“Şimal” I Liqada yerini qorudu
-
16:28
II Liqa uğrunda pley-off görüşünün vaxtı müəyyənləşdi
-
15:49
Rüfət Abbasov rəsmən “Neftçi”də
-
15:13
"Turan Tovuz" müdafiəçisi ilə müqaviləni uzatdı
-
10:51
Minifutbol üzrə Avropa çempionatı start götürür
-
10:27
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:02
"Şamaxı"da növbəti ayrılıq
-
09:46
"Turan Tovuz"un futbolçusu dünya çempionatına yollanır
29.05.2026
28.05.2026
27.05.2026























