Ölkə futbolu
Aftafa, tualet kağızı... premiyalı qələbə və alqışlar (YAZI)
Azərbaycan Şimali İrlandiyanı 2:0 uddu. Berti Foqts mətbuat konfransına jurnalistlərin alqışlarıyla daxil oldu... Sual verdim: "Mən sizə 3 il əvvəl Aftafa və Tualet kağızı vermiş jurnalistəm, bugünsə o gündən fərqlidi, təbrik edirəm sizi. Yığmanın oyununda taktiki üstünlük görünmürdü, Əfranı niyə oynatmadız, sağ cinah daha da hərəkətli olardı...".
Foqts təbrikimi qəbul eləmədi, dedi Almaniyada sənin kimi jurnalisti stadiona buraxmazdılar... hanı Aftafan? Yerdən xımır-xımır gülüşmələr oldu. Foqts sualımı da cavabsız qoydu. Bugünkü qələbəni isə prezident İlham Əliyevə həsr elədiyini dedi... Avropanın tanımadığı nəticələrlə...
Mənimçün 30 milyon büdcəsi olan Azərbaycan futbolunun elə Foqts dövründə də 3 milyon büdcəsi olan Ermənistan və Gürcüstan futbolundan xeyli geri qalması alqışa layiq deyil. AFFA Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin başçısı Mikayıl Nərimanoğlu həmişəki kimi konfransı tələsik bitirdi və sonda, "Uşaqlar, bir dənə də təbrik eləyək bu gün münasibətilə və bitirək" - deməyindən sonra Foqts alqışlarla yola salındı...
Rövnəq Abdullayevin oyundan əvvəl qələbəyə görə böyük premiya vəd eləməsi haqda xəbərin çıxması oynadırdı o yığmanı... Oyunda nə Foqtsun dəm vurduğu kimi, taktiki fərq var idi, nə də milyonluq məşqçiyə layiq futbol. Mən, sən, o - kim istəməz ki qələbəni, sevinməz ki buna görə? Bəs bir qələbəni bu qədər şitliklə qarşılamaq nədi...
Jurnalist peşəsi həssasdı, ən incə estetik qaydalar, peşəkarlıq tələb eləyən sahədi - sənin "acından ölən" qonşun, Ermənistan AÇ-nin pley-offuna çıxmağa yaxındı, Gürcüstan yığması nəhənglərin qanını qaraldır, sənin yığmansa Şimali İrlandiya qələbəsindən sonra tarixində ilk dəfə cəmi 8 xala nail olub, buna görə alqışla qarşılayıb, alqışla yola salırsan Foqtsu. Sənin futbolda sərvətin olmalıydı bu qədər pulların xərclənməyi qarşısında, eyforeya alqışları yox. Azarkeşi anlamaq olardı, ancaq Foqtsu alqışlayan jurnalistləri hara və kimə tapşırasan, nə deyəsən...
Onsuz hər sahədə hərcmərclik, qaydaların, sərhədlərin pozulması vüsət alıb gedib...
O mətbuat konfransı göstərdi ki, idman mediasına axışan küçədəngəlmə "jurnalist yığını" medianın bu sektorunu əməlli-başlı qarğabazarına döndərib. Buna əncam fikirləşmək lazım...
Hamınıza alqışlar!
Elçin CƏLİLOV, futbolpress.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
12.11.2026
11.11.2026
10.11.2026
























