3 Avqust 2026, Bazar ertəsi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu

Ölkə futbolu

PFL prezidenti Avropa Peşəkar Futbol Liqalarının baş assambleyasında

Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və texniki-idman direktoru Elgiz Abbasov Çexiyaya səfər ediblər.

Futbolxeber.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, rəsmilər Praqa şəhərində keçiriləcək Avropa Peşəkar Futbol Liqaları (APFL) təşkilatının 46-cı baş assambleyasında iştirak edəcəklər. 

Mötəbər tədbirə APFL tərəfindən dəvət olunan Azərbaycan Peşəkar Futbol Liqasının nümayəndələri burada bir sıra görüşlər də keçirəcək.

Qeyd edək ki, 1997-ci ildə yaradılmış Avropa Peşəkar Futbol Liqaları təşkilatı hazırda 34 ölkədən 40 liqanı və 1000-dən çox klubu özündə birləşdirir. Azərbaycan Peşəkar Futbol Liqası 2013-cü ildən bu qurumun tamhüquqlu üzvüdür.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31