Ölkə futbolu
Ayxan Abbasov: "3-4 nəfər ətrafına uşaqları toplayıb "istefa" qışqırırdı"
"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 29-cu turunda evdə "Şamaxı" ilə 1:1 hesablı heç-heçədən sonra təşkil olunan mətbuat konfrasnında jurnalistlərin suallarını cavablandırıb.
Futbolxeber.az saytının məlumatına görə, mütəxəssis bir qrup azarkeşin "İstefa" şüarları səsləndirməsinə belə münasibət bildirib:
“Bilmirəm kimlər idi. Yəqin ki, azarkeşlərimizdir. Oyundan narazı ola bilərlər, haqlıdırlar. Amma bizim qarşımıza qoyulan məqsəd var idi. Mövsümün əvvəlindən deyirdik ki, səbirli olmalıyıq. Yəqin bizi 3-lükdə görmək istəyirlər. Bir ayın içində komanda qurduq. Bəlkə də kənardan asan görünə bilər. Amma bizim üçün çox çətin oldu. 9 ildən sonra Premyer Liqaya qayıdan komandaya futbolçu gətirmək çətin idi. Şükür ki, bu problemi keçmişik. Bu gün son pillələrdə olan 4 komandadan biz bir az rahatıq. Keçən il avrokuboklarda oynayan komandaya gəlməmişəm. Bunu anlamalıyıq. Problem yoxdur. Dar gündə kömək etməyə gəlmişik. 3-4 nəfər ətrafına uşaqları toplayıb "İstefa" qışqırırdırlar. Mən bunu yaraşdırmıram. Qarşıda kubok oyunları var. Çempionatda yerimizi qoruymaq istəyirik. Belə şeylərə görə mənə ağır gəldi. İstəməsələr, gedərəm. Keçmiş komandalarımda heç vaxt problem yaratmamışam. Get desələr, gedəcəm. Mən demişdim ki, Premyer Liqada qalacağıq. Bu gün bizdə Konfrans Liqasına getməyi çox asan bir iş kimi görürlər”.
Daha sonra Abbasov sualları cavablandırıb:
- Sizə qarşı klub daxilində hər hansı qərəzin olduğunu düşünmürsünüz?
- Klub daxilində deyil. Rəhbərlik buradadır. Məni sakitləşdirdilər, komandaya təsəlli verdilər Bütün gün Tovuzdayıq. Gəlib iradlarını bildirsinlər, nədən narazı olduqlarını desinlər. Düzdür, evdə "Şamaxı"nı udmalıydıq. Amma onların "Qarabağ"la, "Neftçi" ilə matçlarına baxın. Çempionatımız çətindir. "Səbail" dünən "Sabah"ı məğlub etdi. Azarkeş də inkişaf etməlidir. Tez-tez məşqçi dəyişib uğur qazanan komandalar var? Mən görməmişəm. Bir şeyi otuzdurmaq üçün vaxt laızmdır. Oyun üslubumuza uyğun futbolçular gətiririk. Bahalı heyətimiz olanda tələb də başqa olacaq. O zaman mən də belə danışmaram. Deyirik ki, bölgələrdə inkişaf olsun. Amma orada istefa, burada istefa... Bunun axırı necə olacaq?
- Bu gün qələbə üçün oyun planında nə çatmadı?
- Sürətli hücumlara çıxmaq alınmadı. Rəqib top itirəndən sonra kompakt şəkildə müdafiə olunurdu. Belə olan halda individual göstəricilər ön plana çıxmalıdır. Rəqib bizi düzgün analiz edib müdafiə olunurdu. Sırf fərdi tərəflər bizdə önə çıxmadı. Bu gün "Qarabağ"a qarşı hamı müdafiə olunur. Amma onlar heç vaxt bundan gileylənmir. Usta futbolçular rəqibin kompaklt müdafiəsini yarırlar. Buna görə də onların qiyməti yüksəkdir.
- Buraxdığınız qol haqda nə deyə bilərsiniz?
- Qol çox gözəl alındı. Bilirdik Fuad Bayramovun elə asmaları olur. Sadəcə ona imkan verdik. Elə top idi ki, qapıçı heç nə edə bilməzdi.
- Azarkeşlər tovuzlu futbolçuları oynatmadığınız üçün narazılıq edirlər. Bu haqda fikriniz necədir?
- Bilirəm o fikirləri deyənlər kimdir. Bu gün həmin şəxslər məktəbliləri tribunaya yığmışdılar. Mənə maraqlıdır ki, hansı tovuzlu futbolçunu kənarda saxlamışam?
- Matçdan sonra azarkeşlər "Şamaxı"nın futbolçuları Elvin Məmmədovla Amil Yunanovu alqışladılar...
- Düz edirlər, ikisi də tovuzludur. Biz Amili də, Elvini də istəyirdik. Gənc oyunçular da axtarırıq. Amma bu gün gənclərlə sonuncu pillədə olsaq, heç kim qəbul etməyəcək. Biz istəyirik ki, akademiyamız inkişaf etsin, tovuzlu futbolçular yetişsin. Futbolçunu oynadığı klublarının sayına görə dəyərləndirmək qeyri-peşəkarlıqdır. Afrikalı futbolular tez-tez klub dəyişməyi xoşlayır. Adamlar Belçikada, İsraildə oynayıblar. "Qarabağ" 26 yaşlı futbolçu gətirir, 6-7 klub dəyişib. Runidən də desinlər də. Görün neçə klub dəyişib? Amma bu gün 12 qol vurub.
- Sizcə, "İstefa" qışqıranlar nə istəyirlər?
- Özləri də bilmirlər. Baxımlı oyunla uduzanda narazı olurlar. Bizə bu gün Premyer Liqada qalmaq lazımdır. Sabah daha güclü olanda baxımlı oyuna da üstünlük verəcəyik. Mənim insanlara verdiyim söz var. Bir şeyi otuzdurmaq üçün vaxt lazımdır.
- 6 oyundur komanda qələbə qazana bilmir. Bunun səbəbi nədir?
- Oyunlar var ki, üstün olduq, amma qələbə qazana bilmədik. Elə oyun da var idi ki, zəif oynadıq. Evdə "Sumqayıt"a məğlubiyyət bizim üçün üzücü oldu. "Qəbələ" ilə heç-heçə edəndə yaxşı oynamışdıq. Bu gün bizə xal hava-su kimi lazım idi. Ağır qrafikə giririk. Kubok, çempionat matçları var. İki cəbhədə vuruşmaq üçün geniş heyət olmalıdır.
- Qərb derbisində "Kəpəz"ə məğlub olsanız, vəzifənizi tərk etmək haqda düşünəcəksiniz?
- Hələ buradayıq. Belə çətin anda nəyisə fikirləşmək qeyri-peşəkarlıq olar. Klubda qərar verənlər var. Möhkəm olmalıyıq. Mövsüm bitəndən sonra hər şeyi müzakirə edəcəyik. Stadionun yarısı komandanı dəstəkləyir. Onları unutmaq olmaz. Tovuzda təzyiq olmağı normaldır. Sadəcə bu gün belə olmağı xoş deyildi.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
12.11.2026
11.11.2026
10.11.2026
























