18 Sentyabr 2026, Cümə
Azərbaycan Kubokunun püşkü atıldı
Millimizin heyəti açıqlandı
VI turun hakim təyinatları açıqlandı
“Şahdağ Qusar” zirvədə

Ölkə futbolu

“Qarabağ” və “Turan Tovuz” qalib gəldi

Azərbaycan Premyer Liqasında 23-cü tura yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, son oyun günündə iki oyun keçirilib.

"Sabah" öz meydanında "Turan Tovuz"la qarşılaşıb. Görüşdə sürpriz nəticə qeydə alınıb.  "Turan Tovuz" 2:0 hesablı qələbə qazanıb. Bu, "Sabah"ın mövsümdə 2-ci məğlubiyyətidir. Komandanın 16 oyunluq məğlubiyyətsizlik seriyasına da son qoyulub. "Sabah" sonuncu dəfə 6-cı turda "Qarabağ"a uduzmuşdu - 3:4.

Turun son matçında "Qarabağ" səfərdə "Zirə" ilə üz-üzə gəlib. "Qarabağ" "Zirə"nin kapitanı Qismət Alıyevin avtoqolu ilə minimal hesablı qələbə qazanıb.

Bu oyunlardan sonra lider "Qarabağ"la 2-ci yerdəki "Sabah" arasındakı xal fərqi 8-ə çatıb.

Azərbaycan Premyer Liqası

XXIII tur

19 fevral (bazar)

“Zirə” - “Qarabağ” - 0:1

Qol: Qismət Alıyev, 87-avtoqol (0:1)

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Müslüm Əliyev, Vüqar Həsənli

Zirə İdman Kompleksinin stadionu

“Sabah” - “Turan Tovuz” - 0:2

Qollar: Natan Oduva, 11, Ayxan Quseynov, 62

Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Cəmil Quliyev, Nicat İsmayıllı

18 fevral (şənbə)

“Neftçi” - “Səbail” - 3:0

“Qəbələ” - “Sumqayıt” - 2:1

17 fevral (cümə)

“Kəpəz” - “Şamaxı” - 3:2

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30