3 Avqust 2026, Bazar ertəsi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı
"Qarabağ" ciddi itki ilə üzləşdi

Ölkə futbolu

“Kəpəz”də gözlənilən görüş baş tutmadı - ÖZƏL

Bu günə “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri ilə klubun baş məşqçisi Tərlan Əhmədov arasında nəzərdə tutulan görüş baş tutmayıb.

Futbolxeber.az saytına bu haqda Tərlan Əhmədov məlumat verib.

Təcrübəli mütəxəssis qeyd edib ki, klub rəhbəri ilə görüş sabah keçiriləcək.

Xatırladaq ki, dünən “Turan Tovuz”dan alınan 0:2 hesablı məğlubiyyətdən sonra “Kəpəz” azarkeşləri Tərlan Əhmədovu istefaya səsləyiblər. Təcrübəli mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında sabah (bu gün-red.) klub rəhbərliyi ilə görüşərək bu məsələ barədə müzakirə aparacağını bildirmişdi. Əhmədov onu da əlavə etmişdi ki, “Kəpəz”dən indi deyil, mövsümün sonunda, komandanı Premyer Liqada saxlamaqdan sonra ayrılmaq istəyir.

FƏRƏC

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31