Ölkə futbolu
Rəşad Sadıqov: “Pis oynayıb, qələbə qazandığımızı görməmişəm”
“İlk növbədə rəqibi təbrik etmək istəyirəm. Çox yaxşı mübarizə apardılar və layiqli qələbə qazandılar. Biz isə oyuna passiv başladıq. Qapımızda qol gördükdən sonra daha sürətli oynadıq. Lakin ikinci qoldan sonra oyunun taleyi həll olundu. Sanki belə bir ənəyə yaranıb ki, qapımızda qol gördükdən sonra aktivləşirik. Bu da hər zaman effekt verməyə bilər. Səhvlərimizdən nəticə çıxarmalı və ilk dəqiqələrdən oyuna fəal başlamalıyıq”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXII turunda “Səbail”ə 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Mütəxəssis komandasından daha yaxşı oyun gözlədiyini bildirib: “Təxminən bərabərsəviyyəli oyun gedirdi. Müəyyən dəqiqələrdə üstünlük bizdə olurdu, müəyyən vaxt rəqib də. Lakin bu cür oyun mənim üçün kifayət eləmir. Bu gün yaxşı oynadıq deyə bilmərəm. İlk hissədə rəqibi pressinqindən çıxa bilmirdik. Futbolçular yanlış qərarlar verirdilər, top itki ilə üzləşirdik. Komandamdan daha yaxşı oyun gözləyirdim”.
Sadıqov həmkarının komandasını oyuna çox yaxşı hazırladığını bildirib: “Bu gün qarşımızda fərqli bir “Səbail” gördük. Əvvəlki oyunların müqayisəsini aparsaq, ciddi bir fərq var idi. Hətta mən də rəqibin ilk 3 oyununu təhlil edərkən detallara varmamışdım. Çünki bilirdim ki, bu gün qarşımızda fərqli bir “Səbail” olacaq. Futbolçularıma da bunu bildirmişdim. Bəzi oyunlarda rəqiblər bizə qarşı xüsusi istəklə çıxırlar. İlk 3 turda gördüyüm boşluqları futbolçularıma göstərməmişdim. Ona görə ki, həmin boşluqların olmayacağını bilirdim. Şahin müəllim komandasını bugünkü oyuna çox yaxşı hazırlamışdı. Autsayder olmasına baxmayaraq, komandanı oyuna kökləməyi bacaran mütəxəssisdir. Şahin müəllimlə ilk qarşılaşmamız, həm də səhv etmirəmsə, mən “Zirə”də olduğum müddətdə “Səbail”ə ilk məğlubiyyətimizdir. “Neftçi” və “Qəbələ” heç-heçə oynamışdılar. Ona görə də bugün qalib gəlməyi çox istəyirdik. Lakin futbolda hər istədiyində mütləq qələbə qazana bilməyəcəksən. Bunlara da hazır olmalısan”.
“Zirə”nin çalışdırıcısı işi ilə bağlı narazılıq olması haqda eşitmədiyini vurğulayıb: “Sosial şəbəkələri izləmirəm. Bunun üçün vaxt da yoxdu. Amma hər hansı narazılıqlar barədə eşitməmişəm. Qaldı ki, son 2 oyuna, həm “Qəbələ”yə, həm də “Neftçi”yə qarşı yaxşı oynamışdıq. Futbolu bilən adamlar komandamız haqda müsbət fikirlər səsləndirdilər. Bu gün həmin komandanı meydanda görə bilmədim. Meydan amilini, rəqibin sonuncu pillədə qərarlaşmasını və digər məqamları da nəzərə almaq lazımdır. Adətən autsayder komanda ölümünə oynayır. Bu gün elə “Səbail” gördük qarşımızda. Yolumuza davam edəcəyik. Səhvlərimiz üzərində işləyəcəyik. Hazırda 4-cü pillədəyik və bu, heç də pis nəticə deyil. Nəzərə almaq lazımdır ki, “Qarabağ”, “Neftçi” və “Sabah” digərlərindən 1 pillə üstündülər”.
Rəşad Sadıqov “Zirə”nin dəfələrinə də toxunub: “Hədəf 4-cü yerdə qalmaq yox, mümkün olduğu qədər irəliləməkdir. Amma gedişatdan çox şey asılıdır. Biz çox çətinliklə qələbələr qazanırıq. Yetərincə qol imkanlarımız olsa da, dəyərləndirə bilmirik, penalti qaçırırıq, yaxud qapımızda kobud səhvlər nəticəsində qollar görürük. Səbirli olmalı və yolumuza davam etməliyik. Mən pis oynayıb, qələbə qazandığımızı görməmişəm. Halbuki turnir cədvəlində bizdən öndə olanlar belə bəzən pis oynayaraq da qalib gəlirlər. Təbii ki, hər görüşdə yaxşı oynamaq mümkün deyil”.
Sadıqov müdafiənin mərkəzində çətinliklə üzləşdiklərini söyləyib: “Mərkəzi müdafiəçisi ilə bağlı sıxıntılar var. Özü də bu, bugünün yox, uzun müddətin problemidir. Bu yöndə axtarışlarımız davam edir. Bəyəndiyimiz bir müdafiəçi olsa da, onu gətirə bilmədik. Elə olur ki, gələnlərin ustalığı bizi qane etmir. Amma mütləq həmin mövqeni gücləndirməliyik”.
O, yeni transfer Eldar Quliyevlə uzun müddətdir maraqlandıqlarını bildirib: “1 ilə yaxındır komandada görmək istədiyim futbolçudur. Onunla danışıqlarımız müsbət nəticə vermirdi. Nəhayət ki, bu dəfə onu heyətimizə cəlb edə bildik. Danışıqlarımız erkən bitsəydi, artıq oyunlarda iştirak edə bilərdi. Artıq 1-2 gündür komandamıza qoşulub. Gəncdir, özünü yaxşı hiss edir, lakin mən risk edə bilmərəm. Onu yavaş-yavaş hazırlayacağıq. Sonuncu dəfə ötən ilin noyabrında rəsmi oyunda meydana çıxıb. Məni məyus edən yeni transferlərimizdən Vladislav Kulaçın zədələnməsi, İbrahim Abbasın düşərgəyə zədəli qoşulmasıdır. Halbuki biz onunla danışıqlar apararkən zədəli deyil. Bu futbolçular da komandaya qoşulandan sonra oyun keyfiyyətimiz yüksələcək. Son transferlərimizin hamısı ilə uzunmüddətli müqavilə imzalayırıq. Sabah mən burda olmasam belə, “Zirə” onlardan faydalanacaq. Burada olduğum müddətdə işimi vicdanla yerinə yetirirəm”.
Sonda mütəxəssis “Zirə” ilə müqaviləsinin mövsümün sonunda bitməsi haqda sualı cavablandırıb: “May ayına qədər hələ müqaviləmiz var. O zaman vəziyyəti ətraflı təhlil edib, lazımi qərara gələcəyik”.
Fərəc ASLANOV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
02.11.2026
01.11.2026
























