2 Avqust 2026, Bazar günü
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu

Ölkə futbolu

“Qarabağ”la heç-heçəyə görə komandaya mükafat verilmişdi”

Azərbaycan Premyer Liqasının XXI turunda “Qarabağ”dan xal alan “Kəpəz”in futbolçuları bu nəticəyə görə pul mükafatı alıblar.

Bu barədə Futbolxeber.az saytına müsahibəsində Gəncə klubunun İdarə Heyətinin sədri İlqar Nadiri açıqlama verib:

“Qarabağ”la oyundakı heç-heçəyə görə komandaya mükafat verilmişdi. Həmin görüşdə futbolçular çox yaxşı mübarizə apardılar. Qarşılaşmadan sonra futbolçulara mükafat paylanıldı. Biz həmişə mükafatı növbəti oyuna qədər veririk ki, qoy futbolçuların motivasiya yüksək olsun. Növbəti görüşə komanda daha da yaxşı əhval-ruhiyyədə çıxsın”.

Fərəc ASLANOV

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31