2 Avqust 2026, Bazar günü
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu

Ölkə futbolu

İsgəndər Cavadov: “Futbolda sponsor mütləq olmalıdı”

“Tovuzda yaxşı kollektiv yaradılıb. Artıq komandanın yeni sponsoru da var”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov deyib.

Tovuzda keçirilən Qərb derbisini stadiondan izləyən veteran futbolçu bildirib ki, futbol klublarının sponsorsuz ayaqda qalması çox çətindir:

“Çox şadam ki, regionlarda futbol inkişaf edir. Əvvəlki mövsümlərdən fərqli olaraq, bu il Premyer Liqada “Şamaxı”, “Turan Tovuz”, “Kəpəz” mübarizə aparır. Region klublarının varlığı Azərbaycan futboluna böyük dəstəkdir. Sevinirəm ki, artıq “Turan Tovuz”un yeni sponsoru var. Yeni sponsorun gəlişi komandaya müsbət təsir edəcək. Yəqin ki, komanda daha da güclənəcək. Yeni futbolçular transfer olunacaq, komandanın avtobus problemi həll olunacaq. Futbolda sponsor mütləq olmalıdır. Müasir dövrdə klubların sponsorsuz ayaqda qalması çox çətindir”.

Fərəc ASLANOV








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31