4 Avqust 2026, Çərşənbə axşamı
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı

Ölkə futbolu

Ovusu "Ferensvaroş"la razılığa gəldi

Kvabena Ovusu "Qarabağ"la yolları ayıra bilər.

Futbolxeber.az saytının “Sport-ekspess”ə istinadən verdiyi məlumata görə, Macarıstanın "Ferensvaroş" klubu Ağdam klubunun qanalı hücumçususu ilə razılığa gəlib. Rusiyalı mütəxəssis Stanislav Çerçesovun rəhbərlik etdiyi Budapeşt təmsilçisi Ovusu ilə yanaşı, "Slovan"ın (Slovakiya) surinamlı hücumçusu Menti Abeno ilə də anlaşıb.

Məlumata görə, 2023-cü ilin yayında hər iki oyunçunun klubları ilə müqaviləsi başa çatır. Bundan sonra onların azad agent kimi macar klubuna keçəcəyi gözlənilir.

Qeyd edək ki, Ovusu bu mövsüm Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Ferentsvaroş"la qarşılaşıb (1:1, 1:3). Ovusu Bakıda heç-heçə bitən görüşdə "Qarabağ"ın yeganə qolunun müəllifi olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31