3 Fevral 2026, Çərşənbə axşamı
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

İki kapitan, iki yubiley

Azərbaycan Premyer Liqasının XVII turu iki futbolçunun ölkə çempionatında 350-ci oyununu keçirməsi ilə əlamətdar olub. 

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev “Qəbələ” (1:0), “Sumqayıt”ın arxa xətt oyunçusu Vurğun Hüseynov “Səbail”lə qarşılaşmada (2:0) yubileyini qeyd edib. Hər iki kapitan 350-ci görüşünü doğma meydanda keçirib.

Bununla da 1992-ci ildən keçirilən yarışda 350 və daha çox oyuna çıxanların sayı 12-yə çatıb. Maksimlə Vurğuna qədər 10 futbolçu buna nail olub.

Debütü 2006/07 mövsümünə təsadüf edən Maksim bu müddətdə 12 qol vurub. 33 yaşlı müdafiəçi yalnız “Qarabağ”da forma geyinib. O, bir klubda ən çox oyun keçirən futbolçudur.

İlk oyunu 2005/06 mövsümünə təsadüf edən Vurğunun hesabında 10 qol var. 34 yaşlı müdafiəçi debüt etdiyi “Turan” və indi şərəfini qoruduğu “Sumqayıt”dan başqa “Qəbələ”də də çıxış edib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28