Ölkə futbolu
Regekampf: "...görürsən ki, futbolçular qorxaraq oynayır"
“Elvin Rüstəmova Allahdan rəhmət diləyirəm, ailəsinə başsağlığı verirəm. Ailəsinin yanındayıq. Oyuna gəldikdə, bilirdik ki, asan olmayacaq. Futbol üçün yaxşı olmayan məqama toxunmaq istəyirəm. Çox yaxşı infrastruktur yaradılıb, azarkeşlər gəlir, hər şey gözəldir. Amma meydança dəyişdirilsə, Azərbaycan futbolunun səviyyəsinin artması yönündə yaxşı olardı”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf AzərbaycanPremyer Liqasının 17-ci turunda "Turan Tovuz"a səfərdə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
Rumın mütəxəssis Tovuz şəhər stadionundakı süni ot örtüyündən şikayətlənib: "Mənə elə gəlir ki, futbolçular və Azərbaycan futbolu daha yaxşısına layiqdir. Çünki liqada daha yaxşı komandalar var. Avropada çıxış edən klublara sahibsiniz. Onlar daha yaxşısına layiqdirlər. Nəyə görə bunu vurğulayıram? Bu cür oyunlara hazırlaşmaq çətin olur. Rəqibi analiz edərkən, bilirik ki, üç müdafiəçi ilə oynayır, qol buraxmamaq üçün arxaya toparlanırlar. Lakin biz hər gün təbii ot örtüyündə məşq edirik. Bu cür hazırlaşdıqdan sonra, gəlib süni örtüyə çıxırsan və görürsən ki, futbolçular qorxaraq oynayır. Bunu başa düşürəm. İlk yarıda Fərid Yusiflini itirdik. Toqquşma zamanı zədə almadı. Ondan əvvəl zədəsi var idi. Görünürdü ki, futbolçular meydançaya görə, 100 faizini verməkdən qorxurdu. Biz mükəmməl futbolu yox, Bakıya üç xalla qayıtmağı düşünürdük".
Regekampf Kenni Sayefi sol cinah müdafiəçisi kimi oynatmasına toxunub: "Azər Salahlı sarı vərəqə almışdı. Onlar dəyişiklik etdikdən sonra rəqib 10 nömrəli oyunçunu həmin cinaha yerləşdirdi. Azərin ikinci sarı vərəqə almasını risk edə bilməzdim. Sol cinahda iki yerli oyunçumuz var. Azərə hörmətim var, böyük zədədən sonra qayıdıb. Oyundan-oyuna daha yaxşı olacaq".
O, futbolçularının tez-tez zədələnməsi haqda da danışıb. O deyib: "Donyonun zədəsi qəribədir. 3-4 həftə əvvəl məşqdə zədələndi. Sizə başa sala bilmərəm ki, necə zədə alıb. Qaçarkən ayağı sürüşdü və elə zədə aldı ki, sümüyü ağrı verdi. MRT-yə baxıldı ki, heç nəyi yoxdur. Son matçda oynamağa çalışırdı. Həftəboyu ağrılar daha da möhkəmləndi. Zədəlilərimiz haqda danışsaq, çox qəribədir. Azər Əliyev son dəqiqədə zədələndi. Eddi İsrafilovun zədəsi xronikidir, məşqlərlə əlaqəsi yoxdur. Azər Salahlı əməliyyat edilmişdi. Fərid Yusiflidə də xronikidir. Çox güman ki, əməliyyat olunacaq. Digər zədələrə gəldikdə, futbolda normaldır. Düşünmürəm ki, bunlara nəzər yetirmək lazımdır. Zaman gəldikdə, imkan yarandıqda, yeniliklər edəcəyik. Hamımız istəyirik ki, “Neftçi” yuxarılarda qərarlaşsın, digər klublarla eyni səviyyədə oynayaq. Hamılıqla bunun üzərində işləyirik".
Çalışdırıcı oyunun son dəqiqələrində futbolçularının qələbə üçün vaxt aparması barədə bunları söyləyib: "Hər şey edildi ki, üç xal qazanılsın. Bu, normaldır, hər komanda edir. İndiki məqamda büdcə haqda danışmaq lazım deyil. Almaniya millisi evə getdi, Yaponiya pley-off mərhələsinə adladı. Gördük ki, İspaniya da evə getdi. Bəzən futbol sırf pulun üzərində qurulmur. Yaxşı pulun ola bilər, yaxşı komandan da olmalıdır. Oyunun sonlarında vaxt aparmaq qəribə deyil. Bu, komandanın xarakteridir. Hər böyük komanda risk etməmək üçün belə addımlar atır. Niyə risk etməliyik? 94-cü dəqiqədə ikinci qolu vurmaq üçün? 1:0 və 2:0 eyni şeydir".
Regekampf “Neftçi”nin qış transfer pəncərəsində hansı futbolçularla yolları ayıracağı ilə əlaqədar suala belə cavab verib: "Hazırda bu haqda danışmağa ehtiyac görmürəm. Çünki bizi qarşıda “Zirə” ilə çətin oyun gözləyir. Zədəlilərlə bağlı problemimiz var. İki oyunu oynadıqdan sonra rəhbərliklə toplantımız olacaq. Nə edə biləcəyimizə, hansı istiqamətdə addımlar atacağımıza baxacağıq".
Mütəxəssis komandanın kapitanı Emin Mahmudovun "Universitatya Krayova"ya keçəcəyi barədə yayılan xəbərlərə də münasibət bildirib: "Sarı mətbuatla aram yoxdur. Bu, doğru məlumat deyil. Düşünürəm ki, mətbuat konfransda da bu haqda danışmaq lazım deyil".
Regekampf sonda qış transfer pəncərəsində futbolçu alıb-almayacaqları ilə bağlı danışıb: "Bayaq dediyim kimi, bu yöndə müzakirələr aparırıq, işləyirik. Periodun bitməsini gözləməliyik. Çünki iki vacib oyunumuz var. İstəyirəm ki, komandam kubokda geridönüş yaradıb, yarımfinala adlasın. Həmin oyundan 3 gün sonra çempionatda ilin son matçı var. Bu gün ehtiyat skamyada 5-6 oyunçu əvəzedici heyətdən idi. “Zirə”dən sonra axırıncı matça hazırlaşmaq daha çətin olacaq. Kubokda növbəti mərhələyə adlasaq, daha yaxşı atmosferin olması mümkündür. Futbolda hər şey olur. Bu, baş verməyə də bilər. Ona görə, bu mövzu haqda danışmaq istəmirəm ki, oyunçular konsentrasiya olsun. Ümidvaram ki, ili yaxşı bitirərik".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
11.11.2026
10.11.2026
09.11.2026
























