7 Mart 2026, Şənbə
Millimiz Macarıstana qarşı
Kurçinin qolu ayın ən yaxşısı seçildi
"Kəpəz" rəhbərliyində dəyişikliklər
Kubokda yarımfinalçılar müəyyənləşdi

Ölkə futbolu

Elmar Baxşıyevlə 100-cü oyun

Elmar Baxşıyev “Qəbələ”nin baş məşqçisi postunda 100-cü oyununu keçirib.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, 42 yaşlı mütəxəssisin yubileyi Azərbaycan kubokunun 1/8 final mərhələsinə təsadüf edib.

“Qırmızı-qaralar” “Araz Naxçıvan”la ev oyununda 5:0 hesablı qələbə qazanıb.

Baxşıyevin “Qəbələ”nin baş məşqçisi kimi debütü 2019-cu il sentyabrın 14-də “Sabah”la səfər matçında gerçəkləşib. Komanda həmin görüşdə 1:0 hesablı qələbə qazanıb. Onun rəhbərliyi altında Premyer Liqada 87, kubokda 11, avrokuboklarda 2 matça çıxan “Qəbələ” 35 qələbə qazanıb, 27 heç-heçə edib və 38 dəfə uduzub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31