Ölkə futbolu
Vüqar Əsgərli: “Cavid Hüseynovla eyni maaşı alırıq”
“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Azərbaycan Premyer Liqasının XIV turunda “Sumqayıt”la oyundan sonra mətbuat konfransı keçirib.
Futbolxeber.az saytının məlumatına görə, o, komandasının 4:2 hesablı qələbəsini belə şərh edib:
“Oyuna çox ciddi hazırlaşmışdıq. Çünki “Sumqayıt” heç də zəif komanda deyil. Xüsusən də Samir Abasovun gəlişindən sonra komandada canlanma hiss olunur. Ötən tur “Neftçi”yə qarşı çox yaxşı təsir bağışlamışdılar. Buna baxmayaraq, rəqibin zəif nöqtələrini bilirdik. Bunun üzərində çalışmışdıq. Çox şadam ki, qələbə qazana bildik. Uşaqları təbrik edirəm. Bu gün qalib gəlmək üçün bütün güclərini meydanda qoydular. Amma bu, son deyil. Bu tempdə də davam etməliyik”.
- Qeyd etdiniz ki, “Sumqayıt”ın zəif nöqtələrini bilirdik. Həmin nöqtələri açıqlaya bilərsiz?
- Müdafiə və yarımmüdafiə xətti arasında boşluqlar vardı. Bunu əvvəlki oyunlarda da görmüşdük. Çalışırdıq ki, bundan faydalanaq. Məşqlərdə də bunun üzərində işlədik. Düşünürəm ki, istəyimiz də alındı.
- Əvvəl qol vurmaqda çətinlik çəksəniz də, komandanız son 2 oyunda 7 dəfə fərqlənib. Bu dəyişikliyə necə nail oldunuz?
- Futbolçular təcrübəsiz idilər. Əvvəlki oyunları təhlil edərkən görürdük ki, qol epizodu yaxalasaq da, şansları dəyərləndirə bilmirdik. Məşqlərdə bunun üzərində çox çalışırdıq. Artıq faydasını görürük. İkinci dövrədə yalnız “Qarabağ”la matçda fərqlənən bilməmişdik. Bugünkü matça ciddi hazırlaşmışdıq. Digər tərəfdən də sevinirik ki, qolları ön xətdə olan futbolçular vurdu.
- Artıq PRO lisenziyasına yiyələnmisiz. Bildiyimiz qədər analiz qabiliyyətiniz güclüdü. Mətbuat konfranslarına da siz qatılırsız və demisiz ki, Cavid Hüseynovla qardaşıq. Maraqlıdır, maaş məsələsində də qardaşsız, yoxsa fərq var?
- Eyni maaşı alırıq. Biz bura gələndə əvvəldən demişdik ki, məvacibin önəmi yoxdur. Çünki ikimizin də Premyer Liqada ilk işimizdi. Çalışırıq ki, bizə yaradılan bu şansdan faydalanaq.
- Cavid Hüseynovun kateqoriya kursunda müəllimi olmusuz...
- Bəli, daha əvvəl qadın futbolunda çalışmaqla yanaşı, həm də AFFA-da işləyirdim. Həmin vaxt kateroqiya kurslarında Aslan Kərimovun köməkçisi idim. Həmin vaxt da kursda Cavidin müəllimi olmuşdum. Onu da deyim ki, Aslan Kərimov çox bacarıqlı mütəxəssisdir. Daha əvvəl də, PRO kateqoriyası zamanı da ondan çox şey öyərnmişik.
- Mövsümün əvvəlindəki “Şamaxı” ilə indiki arasında ciddi fərq var. Bunu necə bacardınız?
- 1-2 oyunu çıxsaq, digər matçlarda heç də pis təsir bağışlamırdıq. Son turlar komanda daha yaxşı çıxış edir. Xal və xallar qazandıqca futbolçularda özünəinam yaranır. Oyunçular da görürlər ki, nəticə qazanmaq mümkündü və özlərinə olan inamları daha da artır.
- “Şamaxı”nın strategiyası məlumdu, məqsədiniz futbolçu yetişdirməkdi. Qarşıdan millinin toplanışı gəlir. Komandanızdan kimləri əsas milliyə layiq görürsüz?
- Bu, bizdən yox, milli komandamızın baş məşqçisindən asılıdır. Sırf mənim fikrimi soruşursunuzsa, Adil Nağıyev, Rauf Hüseynli və Cəlal Hüseynovun milliyə layiq olduğunu düşünürəm.
- Komanda uğurlu çıxış etdikcə futbolçularınıza maraq artır. Bu məqam sizi narahat edir?
- Rəhbərliklə də, futbolçularla da bu barədə söhbətimiz olub. İddialı klublardan futbolçularımıza təkliflər var. Amma gənclərə izah etmişik ki, iddialı kluba gedib ehtiyatda qalmaqdansa, burada əsas heyətdə oynamaları daha yaxşıdır. Ən azı hələlik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Azərbaycan millisi bu dəfə qapısında 8 qol gördü
- “Sumqayıt”ın məşqçi heyəti Qanvermə aksiyasında iştirak edib
- Entoni Doherti Azərbaycan millisinə vurduqları 5 qoldan danışdı
- U-21 millimiz Şotlandiyada "5 aldı"
- Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
09:00
“Araz-Naxçıvan” “Zirə”ni, “Qəbələ” “Qarabağ”ı qəbul edir
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
-
19:00
İspaniya millisi Bakıda dünya çempionu oldu
-
18:42
II Liqada həftənin hakimləri
-
18:05
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
-
17:18
Tovuzda heyətlər açıqlandı
-
16:59
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
-
16:33
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
15:24
Sabiq “Sumqayıt”lı Hindistan klubunda
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
-
11:12
“Marafon”dan ilk
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:23
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
-
09:00
"Turan" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
21:39
Stoiçkov Bakıda 120-dən çox uşağın iştirak etdiyi futbol festivalına qatıldı
-
20:52
Rəşad Yelkiyev "Böyük Dəbilqə" turnirində bürünc medala sahib çıxıb
-
20:31
Millimiz Vyetnama məğlub oldu
-
19:00
Balabəy Ağayev Əbu-Dabidə qızıl medal qazanıb
-
18:43
Könül Əliyevadan "Böyük Dəbilqə"də tarixi nəticə
-
18:25
“Neftçi” "Şamaxı" ilə oyunun hazırlığını davam etdirir
-
17:16
1/8 finalın bütün cütləri bilindi
-
16:54
Azərbaycan kubokunda II mərhələyə yekun vuruldu
-
16:37
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib
-
16:08
Xristo Stoiçkov Bakıda
-
15:25
Azərbaycan millisi Asiya Kubokunda qızıl medal qazanıb
-
14:42
Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb
-
14:19
Dünya çempionatı: üç güləşçimiz uduzdu
-
13:51
Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
-
13:00
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
-
12:43
"Yuventus" səfərdə xalsız qaldı VİDEO
-
12:28
X turun hakim təyinatları açıqlandı
31.10.2026
30.10.2026
29.10.2026
























