Ölkə futbolu
Qurban Qurbanov: "Oyuna tam hazır və çox istəkliyik"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Olimpiakos"la səfər matçından öncə mətbuat konfransı keçirib.
Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis oyuna hazır olduqlarını bildirib:
"Çox yaxşı stadionda sabah uğurlu nəticə əldə etməyə çalışacağıq. Bütün futbolçular hazırdır. Sadəcə, Marko Yankoviçlə bağlı sabah qərar verəcəyik. Həkimlərin müayinəsindən sonra durumuna aydınlıq gələcək. “Olimpiakos” barədə çox danışmağa ehtiyac yoxdur. Rəqibin baş məşqçisi yaxşı, bacarıqlı mütəxəssisdir. Aqressiv və sürətli futbol tələb edir. Son çempionat matçında da dinamika yüksək idi. Çılğın azarkeşləri olan komandalara qarşı aqressiv futbol sərgiləmək bizim üçün maraqlı olub. İnşallah, bu tərəfdən bir problemimiz olmayacaq. “Olimpiakos”u yeni baş məşqçinin rəhbərliyi altında cəmi bir oyunda izləmişik. Bu da çempionat matçı idi. Miçel haqda geniş məlumatım var, maraqlanmışam. Baş məşqçiyə qarşı tam hazırlaşa bilməyəcəyik. Çox istərdik ki, rəqibin bütün futbolçuları sabah meydanda iştirak eləsin, canlı görək. Futbolçularımın təcrübəsi var, bu oyuna hazır olacaqlar. “Olimpiakos” elə komandadır ki, oyunçular arasında fərq o qədər də böyük deyil. Bir-birlərini layiqincə əvəzləyə bilirlər. "Olimpiakos" kollektiv oyuna üstünlük verir. Heç vaxt kimisə digərlərindən üstün tutmamışam. Amma hər bir futbolçunun potensialını bilirik. Bununla bağlı bizdə lazımi məlumatlar var. Bəlkə də, “Olimpiakos”un baş məşqçisi 4-5 tur əvvəl gəlsəydi, bizə daha rahat olardı. Amma istənilən halda futbolçularım matça hazırdırlar".
Qurbanov bildirib ki, Yunanıstan təmsilçisi ilə görüşdə diqqətli olmalıdırlar: "Oyun ərzində görmədiyimiz detallar ola bilər. Bizi yalnız bu amil narahat edir. Amma öz oyunumuz haqqında düşünməli, meydanda daha çox mübarizə aparmalıyıq. Çox diqqətli olmalıyıq. İnanıram ki, maraqlı görüşün şahidi olacaqsınız. Matçın mahiyyətini başa düşürük. Rəqibin müsahibələrindən də hiss olunur ki, qarşılaşmaya çox ciddi hazırlaşırlar. Onlarla ardıcıl həm burada, həm də Bakıda üz-üzə gələcəyik. Hər iki tərəf üçün vacib matçdır. Oyuna tam hazır və çox istəkliyik. Sabah yaxşı mübarizə göstərmək istəyirik. Futbolçularıma güvənirəm".
Çalışdırıcı bunu da qeyd edib ki, növbəti mərhələ üçün mübarizə son turadək davam edəcək: "Müasir futbolda istənilən komandanın qalib gəlmə və məğlub olma ehtimalı var. “Olimpiakos”la oyuna sadəcə 3-cü tur matçı kimi baxıram. Son oyuna kimi hər qarşılaşma bizim üçün vacib olacaq. Dəfələrlə olub ki, üstün çıxış etməyimizə baxmayaraq, sonda qrupda qalmışıq. PAOK-la ardıcıl iki görüşdə də 4 xal qazansaq da, qrupdan çıxa bilməmişdik. Hər bir xalın bizim üçün böyük önəmi var. Bir məğlubiyyət hər şeyi dəyişə bilər. Hazırkı nəticəmizi daha da yaxşılaşdırmaq istəyirik. Qrupdakı hər 3 komandaya eyni gözlə baxırıq. Hər matça eyni ciddiliklə hazırlaşırıq və bu, hər zaman belə olacaq".
Qeyd edək ki, sabah "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
10.11.2026
09.11.2026
























