30 Oktyabr 2025, Cümə axşamı
Millimiz Qazaxıstana qalib gəldi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
“İkinci hissədə biz daha üstün idik”

Ölkə futbolu

AFFA "Şahdağ"da cəzalanmayan adam qoymadı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, "Bakı" ilə oyundan sonra “Sumqayıt” klubunun təhlükəsizlik üzrə baş meneceri Elnur İbişov hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.

Azərbaycan I Divizionun III turunun “Ağsu” – “Şahdağ” matçında “Şahdağ” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 59-cu dəqiqəsində “Şahdağ” klubunun 5 №-li futbolçusu Qvanzar Məhəmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Şahdağ” klubunun baş məşqçisi Kamran Əlibabayev hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, klub 500 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Şahdağ” klubunun 9 №-li futbolçusu Sərxan Ağayev qeyri-etik hərəkətə görə (dəyişiklik tablosunu ayaqla sındırdığına görə) 3 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31