Ölkə futbolu
Mahmud Qurbanov: "Müdafiədəki səhvlər oyunun taleyini həll etdi"
"Səbail"in baş məşqçisi Mahmud Qurbanov Azərbaycan Premyer Liqasının 7-ci turunda "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, Qurbanov ilk olaraq qarşılaşma barədə danışıb:
- Əslində oyuna heç də pis başlamamışdıq. Birinci hissədə futbolçularımız "Neftçi"dən geri qalmırdı. Qol epizodlarımız var idi, yaxşı hücumlar qurduq. İkinci hissədə isə bunları görmədik, bütün komponentlərdə rəqibə məğlub olduq. Əsas da müdafiədə buraxdığımız səhvlər oyunun taleyini həll etdi. Futbolda kim daha çox topa sahib olursa, onun qol vurmaq şansı daha çoxdur. Bu da bizim ilk qolu buraxmağımıza səbəb oldu. Daha sonra rəqib ikinci qolu vurdu. Hesab daha da böyük ola bilərdi. Komandada stabillik çatmır. Hər oyundan sonra müdafiənin üzərində işləyirik. Amma görünür ki. hələ çox işləməliyik. Bu gün çempionatda bəzi komandalar var ki, onlarla mübarizə aparmağa gücümüz çatmır.
- Oyuna sərt başladınız. Amma sonra futbolçular dayandılar. Bu, nə ilə bağlı idi?
- Demək çətindir. Çünki, biz hər dəfə futbolçulara sərt oynamağı tapşırırıq. Niyə dayandılar? Bu, əsas da ikinci hissədə göründü. Mübarizələri uduzduq, bəzi epizodlarda gecikirdik. Nə top saxlaya bildik, nə də müdafiəni qura bildik. Bu da məğlubiyyətə gətirib çıxardı. Əslində biz futbolçulara istəkli, aqressiv oynamağı tapşırmışıq. Təəssüf ki, ikinci hissədə bunu görmədik.
- Bəlkə legionerlərdə yanılmısınız?
- Bizdə stabillik çatmır. İstər yerli olsun, istər legioner. Bir oyunu yaxşı oynayırıq, o biri oyunu zəif. Bu futbolçuları özümüz bəyənib gətirmişik. Hər oyun biri yaxşı olur, biri yaxşı olmur. Bu da komandanın oyununa təsir edir. Futbolçular 90 dəqiqə tapşırdıqlarımızı yerinə yetirməlidirlər. Əfsuslar olsun ki, bəzən bunu görmürük.
- Dediz ki, stabillik yoxdur. Siz gələndən sonra komandanı sıfırdan yığmısız. Bundan irəli gələ bilər?
- Bəhanə etmək üçün çox variantlar var. Ən asan iş uduzanda bəhanə etməkdir. Biz komandanın içindəyik, bilirik səbəb nədir. Düzəltmək istəyirik. Əsas problemimiz odur ki, hər oyun qol buraxırıq. Rəqibin qələbəyə layiq olmadığını demək istəmirəm. Amma hərdən öz diqqətsizliyimiz ucbatından qapımızda qol görürük.
- Əsas heyətə düşməkdə çətinlik çəkən futbolçular var. Onları əvəzedici komandaya göndərmək istəmirsiz?
- Biz hələ ki, B komandamıza heç bir oyunçu vermirik. Amma düşünürəm ki, bu oyundan sonra bəzi futbolçuların əvəzedici heyətdə çıxış etməsinə qərar vermək lazımdır.
- Sizcə, kimlərin milli komandaya seçilmək potensialı var?
- Hər məşqçi istəyər ki, komandasında millinin oyunçuları çox olsun. Hamıya şans veririk. Özlərindən asılıdır. Nə qədər yaxşı oynasalar, milli komandaya çağırılmaq şansları da çoxdur. "Səbail"dən milliyə nə qədər çox oyunçu çağırılsa, biz ancaq sevinərik.
- Hücum futbolu oynayırsız. Amma iki dayaq yarımmüdafiəçisi ilə bu, nə dərəcədə uyğundur?
- Əslində iki dayaq yarımmüdafiəçisi ilə oynamaq uyğundur. Bunun hücum futboluna təsiri yoxdur. Əsas odur ki, topla yaxşı rəftar edəsən və hücuma komanda şəklində çıxa biləsən. Bu, birinci hissədə var idi, cinahlarımız yaxşı idi. Dayaq yarımmüdafiəçilərinin biri mərkəzdə qalmalıdır, biri hücuma çıxmalıdır. Bunu həmişə deyirik.
- Mərkəz hücumçusu mövqeyində sıxıntı çəkdiyinizi düşünürsüz?
- Bu gün hücumda problem var idi. Zakpa ötən oyunda zədələnmişdi. Ona görə də bu gün oynamırdı. Kizitonun da əvvəldən zədələri var idi, hələ də tam sağalmayıb.Mirabdullada komandaya gec qoşulub, hazır deyil. Bu gün Samiri yoxladıq. Birinci hissədə pis deyildi. O, yarımmüdafiəçidir, amma bu gün hücumda sınadıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
11:00
"Turan" Çempionlar Liqasında növbəti oyununa çıxır
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
03.11.2026
02.11.2026
01.11.2026
























