3 Avqust 2026, Bazar ertəsi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı
"Qarabağ" ciddi itki ilə üzləşdi

Ölkə futbolu

"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyunda qalib gəlməyə çalışacağıq"

"Avropa Liqasında və çempionatda qalib gəlməyi bacarmalıyıq. Ardıcıl iki qələbə qazanmağa çalışacağıq. Futbolçulardan gözlədiyim də budur".

Futbolxeber.az saytının məlumatına görə,  bunu "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Fransanın "Nant" komandasının baş məşqçisi Antuan Kombuare Liqa 1-in VII turunda "Loryan"ə 2:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

59 yaşlı mütəxəssis məğlubiyyətə görə çox məyus olduğunu bildirib. Sarsıdıcı məğlubiyyət aldıqlarını söyləyən fransalı baş məşqçi ardıcıl iki qələbə qazanma ehtimalında söz açıb: "Bunu cümə axşamı və xüsusilə bazar günü görəcəyik. İstəyimizi gerçəkləşdirmək üçün iki müsbət nəticə əldə etməliyik. Cümə axşamı "Qarabağ"a, bazar günü isə yaxşı formada olan "Lans"a qarşı nə edəcəyimizi görəcəyik".

Qeyd edək ki, "Qarabağ" "Nant"la sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək. Görüş saat 20:45-də başlanacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31