Ölkə futbolu
Ukraynadakı yeganə legionerimiz: "Atamın hesabına yox, öz gücümə qabağa gedirəm" (Müsahibə)
21 yaşadək futbolçulardan ibarət millimizin keçmiş kapitanı, hazırda Ukraynada legioner həyatı yaşayan, Donbas Liqada mübarizə aparan "SK Zarya"da çıxış edən Səbuhi Həsənov Futbolxeber.az saytına müsahibə verib.
- Ukraynaya gedişin, "SK Zarya"ya keçidin necə alındı?
- Burada tanış adamlar var. Onlarla danışdım və gəldim.
- Baxışdan keçdin, yoxsa birbaşa müqaviləyə çağırdılar?
- Komanda ilə birgə 2 məşq keçdim və 1 oyuna çıxdım. Bundan sonra məşqçilər korpusu qalmağımı istədilər. Gələndən demək olar ki, bütün oyunlara start heyətində çıxmışam və 90 dəqiqə oynamışam.
- Müqavilən hansı müddətə nəzərdə tutulub?
- 1 illikdi.
- Komandadakı şərait necədi?
- Yaxşıdı. Komandanın öz bazası, stadionu var. Bir istirahət zonası var, meşəlikdi. Komandanın bazası da məhz orada yerləşir. Məşq etdiyimiz meydança əla vəziyyətdədir. Oyunlarımızı keçirdiyimiz stadionun ot örtüyü də əladı. Əlavə olaraq, məşq keçmək üçün 1 süni meydança da var.
- Yəqin ki, maddi baxımdan vəziyyət Azərbaycanla müqayisədə aşağıdı?
- Düzü, mənim üçün maddi tərəfin çox önəmi yoxdur. Amma ümumi götürdükdə, fərq təbii ki çoxdu.
- Çempionatın səviyyəsi barədə nə deyə bilərsən?
- Səviyyə yaxşıdı. Mən oynadığım klub Azərbaycan Premyer Liqasında rahat şəkildə oynaya bilər.
- Komandada səndən başqa legioner var?
- 1 kamerunlu futbolçu var.
- Harada qalırsan?
- Komanda ev tutub, evde qalıram. Bazada da qalmaq imkanı var. Sadəcə məşqlər çox vaxtı şəhərdə olduğuna görə evdə qalmaq məsləhətdi.
- Yəqin ki, Bakı, ailən üçün darıxırsan?
- Əlbəttə.
- Ona görə soruşdum ki bizim futbolçular xaricə gedən kimi, qısa vaxtdan sonra deyirlər ki, "darıxdım, dayana bilmədim, ona görə də qayıtdım"...
- Məndə belə problem yoxdu. Dayana bilməsəydim, 6 ay burada qalmazdım. Burada çox şey məni qane edir.
- Ukraynadakı məqsədin nədir?
- Məqsədim daha da irəli getməkdi.
- Amma eşitdiyimə görə tezliklə vətənə qayıdacaqsan?
- Həyatda hər şey mümkündür. Amma mən bütün fikrimi buradakı karyerama yonəltmişəm.
- Deyilənə görə, "Sumqayıt" səninlə maraqlanır?
- Düzü, bunu ilk dəfədir eşidirəm. Bu məsələdən xəbərim yoxdu.
- Deməli, hələ təklif gəlməyib...
- Hələ ki yox.
- Bəs, təklif gəlsə qəbul edərsən?
- "Sumqayıt" yaxşı komandadı.
- Belə başa düşdüm ki qəbul edərsən. Orada çempionatın qurtarmasına çox qalıb?
- Oktyabrın axırı qurtarır.
- Bildiyim qədəri ilə birinci liqaya yüksəlmək şansınız da var?
- Hə, komanda olaraq da buna çalışırıq.
- Komandada qalıb-qalmayacağın çempionat başa çatandan sonra bilinəcək?
- Bu məsələ tək məndən asılı deyil. Gərək məşqçilər də xidmətimdə maraqlı olsunlar. Amma məşqçilərlə, rəhbərliklə münasibətim yaxşıdır. Zaman necə olacağını göstərəcək.
- Orada başqa komandalardan səninlə maraqlanan olub?
- 1 komandanın maraqlandığını eşitmişdim. Amma özümə konkret bir söz deyən olmayıb.
- Ümumiyyətlə, gündəlik həyatın necə keçir? Amma demə ki "evdən məşqə, məşqdən də evə gedirəm ancaq"...
- Elə deyəndə inandırıcı olmur?
- Sözün açığı, yox. Gənc azərbaycanlı oğlan və Ukrayna...
- İşə peşəkar səviyyədə yanaşanda olur. Boş vaxtım olanda isə azərbaycanlı dostumla görüşürəm.
- Orada başqa komandaların heyətində azərbaycanlı futbolçu var?
- 2 azərbaycanlı var. Amma onlar burada böyüyüblər, Ukrayna vətəndaşıdırlar.
- Səbuhi, vaxtı ilə U-21-in kapitanı idin, "Bakı"da oynayırdın, böyük perspektiv vəd edirdin. Amma sonradan sanki gözdən itdin. Nə baş verdi?
- Məncə özümü göstərmək üçün az şans qazandım. Hardasa öz səhvim də oldu. Lakin karyeramda geriləmənin olmasının əsas səbəbini az şans verilməsində görürəm.
- Səhv etmirəmsə, "Bakı"dan sonra heç bir komandada möhkəmlənə bilmədin. Bunu nə ilə əlaqələndirirsən?
- "Bakı"dan sonra "Simurq"da oynadım. Oradan sonra getdiyim klublara hər dəfə gec qoşulduğumdan şans qazana bilmirdim. Yəni, mən gələnə qədər artıq heyət komplektləşmiş olurdu. Bununla belə, indi yalnız gələcəyə baxıram.
- Dedin ki, lazımı qədər şans verilmədi. Kimlərdənsə incik düşmüsən?
- Yox, heç kimdən inciməmişəm. Bütün məşqçilərimə də təşəkkür edirəm.
- Bizdə tanışlıqla, dostluqda çoxları qabağa gedir. Amma nədənsə səndə bunu görmürük. Sözlərmi pis başa düşmə. Amma atan AFFA-da məsul vəzifədə çalışır. Bəlkə də başqası olsaydı, daha irəli gedərdi...
- Mən də bacardığım qədər irəli gedirəm. Amma atamın hesabına yox, öz gücümə.
Elman MƏHƏRRƏMOV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
03.11.2026
02.11.2026
01.11.2026
























