Ölkə futbolu
Tahir Gözəl: "Futbolçuların, Qurban Qurbanovun gözündə çox böyük bir inam görürük"
"Qarabağ"ın prezidenti Tahir Gözəl Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" ilə (Plzen, Çexiya) Bakıda keçirdikləri ilk matçdan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə oyun haqqında fikirlərini bölüşüb:
- Çox gözəl, baxımlı oyun oldu. "Qarabağ" gözəl oynadı, dominant idi. Statistikaya baxsaq, topla oynama 66/34 bizim xeyrimizə idi. İstədiyimiz nəticə olmadı. Azarkeşlərdən möhtəşəm dəstək var idi. Hələ ümid var. Çalışacağıq ki, o ümidi Plzendə doğruldaq. Son vaxtlar "Qarabağ"da ənənə olub ki, məsələni qarşı tərəfdə həll edirik. İnanıram ki, bu, davam edəcək. Bugünkü matçda komandalar bir-birini yaxşı tanıdılar. Səfərdəki matç çox önəmli olacaq. Azarkeşlərə təşəkkür edirəm. Möhtəşəm ab-hava var idi. İnşallah səfərdən zəfərlə qayıdacağıq.
- 6 il əvvəl "Qarabağ" "Viktoriya" ilə oyunda şənslardan istifadə edə bilmədi və mübarizəni dayandırdı. Bu gün də qol epizodları çox idi. Həmin matçı xatırladınız?
- Əlbəttə ki, həmin oyun yadıma düşdü. 6 il əvvəl bərabərlik qeydə alınmışdı. Həmin zamankı reqlamentə görə onlar səfər qolu sayəsində mərhələni keçmişdilər. Bu, bizim ürəyimizdə acılı xatirə kimi qalmışdı. Həqiqətən də bu gün çox gözəl epizodlarımız oldu. Məncə, bu gün "Viktoriya"nın ən yaxşısı qapıçıları idi. Gözəl qurtarışlar etdi, onu təbrik edirəm. Alınmadı, futbol belədir.
- Cavab oyununda şansları neçə dəyərləndirirsiniz?
- 6 il əvvəlki "Qarabağ"la bugünkü "Qarabağ" arasında çox böyük fərq var. Onlar da bunu hiss edirlər. Biz səfərə ancaq qələbə üçün gedəcəyik. Amma qarşımızdakı klublar böyük klublardır. "Viktoriya"nın bir özəlliyi var, komanda şəklində oynayırlar. Hündürboyludurlar, atletikdirlər və mərkəzi çox gözəl bağlayırlar. "Viktoriya" Avropanın orta səviyyəli klublarındandır. Onlara hörmətlə yanaşırıq, amma Çexiyaya qələbə qazanmaq üçün gedirik.
- Matçdan sonra paltardəyişmə otağına daxil oldunuz. Orada ab-hava necə idi?
- Əlbəttə ki, ab-hava qələbə qazananda olduğu kimi deyil. Amma özümüzdə böyük bir inam var. Hər kəsin, futbolçuların, Qurban Qurbanovun gözündə çox böyük bir inam görürük. Ümidimiz var ki, məsələni Çexiyada həll edəcəyik.
- Həm milli, həm də klub səviyyəsində çexləri məğlub edə bilmimişik. Bugünkü oyun səfər matçında qələbə qazanmaq üçün ümid verir?
- Mütləq. Mən belə hesab edirəm. Buradakı səviyyəmizi orada da göstərsək, qələbə qazana bilərik. Futbolda yaxşı olan tərəf mütləq qazanır. Bu gün alınmasa da, o biri oyunda olacaq. Bu, bizim xeyrimizədir. Hər dəqiqə, hər saniyə daha güclü olan, hücum edən tərəfə şans verir. Səfərdə asan olmayacaq. Amma biz oraya qələbə qazanmaq əzmi ilə gedirik, inşallah da qazanacağıq.
- Faizlə dəyərləndirsək, Çempionlar Liqasının qrupuna düşmək şansınız neçə faizdir?
- 80 faiz.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Azərbaycan millisi bu dəfə qapısında 8 qol gördü
- “Sumqayıt”ın məşqçi heyəti Qanvermə aksiyasında iştirak edib
- Entoni Doherti Azərbaycan millisinə vurduqları 5 qoldan danışdı
- U-21 millimiz Şotlandiyada "5 aldı"
- Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
09:00
“Araz-Naxçıvan” “Zirə”ni, “Qəbələ” “Qarabağ”ı qəbul edir
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
-
19:00
İspaniya millisi Bakıda dünya çempionu oldu
-
18:42
II Liqada həftənin hakimləri
-
18:05
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
-
17:18
Tovuzda heyətlər açıqlandı
-
16:59
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
-
16:33
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
15:24
Sabiq “Sumqayıt”lı Hindistan klubunda
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
-
11:12
“Marafon”dan ilk
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:23
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
-
09:00
"Turan" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
21:39
Stoiçkov Bakıda 120-dən çox uşağın iştirak etdiyi futbol festivalına qatıldı
-
20:52
Rəşad Yelkiyev "Böyük Dəbilqə" turnirində bürünc medala sahib çıxıb
-
20:31
Millimiz Vyetnama məğlub oldu
-
19:00
Balabəy Ağayev Əbu-Dabidə qızıl medal qazanıb
-
18:43
Könül Əliyevadan "Böyük Dəbilqə"də tarixi nəticə
-
18:25
“Neftçi” "Şamaxı" ilə oyunun hazırlığını davam etdirir
-
17:16
1/8 finalın bütün cütləri bilindi
-
16:54
Azərbaycan kubokunda II mərhələyə yekun vuruldu
-
16:37
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib
-
16:08
Xristo Stoiçkov Bakıda
-
15:25
Azərbaycan millisi Asiya Kubokunda qızıl medal qazanıb
-
14:42
Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb
-
14:19
Dünya çempionatı: üç güləşçimiz uduzdu
-
13:51
Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
-
13:00
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
-
12:43
"Yuventus" səfərdə xalsız qaldı VİDEO
-
12:28
X turun hakim təyinatları açıqlandı
31.10.2026
30.10.2026
29.10.2026
























