6 Dekabr 2025, Şənbə
DÇ-2026-nın püşkü atıldı
Azər Bağırov: “Qələbəyə çox inanırdım”
Saşa İliç: “Cəzam çox ağırdır”
Sonuncu 1/4 finalçı "Kəpəz" oldu

Ölkə futbolu

"Viktoriya"nın baş məşqçisi: “Pley-offda “Qarabağ”la yox, “Ferentsvaroş”la qarşılaşmaq istərdim”

Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Çexiyanın “Viktoriya” (Plzen) klubunun baş məşqçisi Mixal Bilek Ağdam klubu ilə oyunlar haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Şerif” (Moldova) üzərində qələbədən (2:1) sonra keçirilən mətbuat konfransında bildirib ki, pely-offda “Qarabağ”la yox, “Ferentsvaroş”la düşməyi istəyirmiş:

“Pley-offda “Qarabağ”la yox, “Ferentsvaroş”la qarşılaşmaq istərdim. “Qarabağ” haqda çox az məlumatım var. Budapeştdəki görüşə də heç kimi göndərməmişdik. “Qarabağ” Macarıstanda əla qələbə qazandı. Bu da necə yüksək səviyyədə komanda olmalarından xəbər verir. Bizi asan heç nə gözləmir. Yəqin ki, orada da hava çox istidir. Böyük hədəfə çatmağa iki oyun qalıb, sona qədər mübarizə aparacağıq. Çempionlar Liqasına düşmək bizim əsas məqsədimizdir”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31