Ölkə futbolu
"Sumqayıt"ın dünənki qazancı...
Dünən Azərbaycan futbolunun gündəmini "Qarabağ" zəbt etsə də, "Sumqayıt"ı da yaddan çıxarmaq olmaz. "Gənclik şəhəri"nin təmsilçisi dünən Azərbaycan klublarının çox nadir hallarda bacardığını etdi - xarici kluba futbolçu satdı.
Höccət Haqverdi "Traktor"a azad agent kimi qoşulmadı. Bu keçiddən "Sumqayıt" pul qazandı. Məbləğin nə qədər olduğunu bilmirəm, əslində bu, elə də önəmli deyil. Əsas odur ki, klub futbolçu satışından gəlir əldə etdi ki, bu da Azərbaycan futbolunda nadir hadisədi.
Xatırlamağa çalışsam da, Mamadu Kane və Sabir Buqrindən başqa kimsə yadıma düşmür. Ötən il "Neftçi" yarımmüdafiəçilərini Yunanıstanın "Olimpiakos" və Tunisin "Esperansa" klublarına satmışdı. Flaqmanın təkcə Kanenin keçidindən gah 500 min, gah 800 min avro gəlir əldə etdiyi deyilirdi. Amma yuxarıda da qeyd etdiyim kimi, bu cür keçidlərdə pulla yanaşı, ölkə futboluna fayda, prestij məsələsi də az rol oynamır.
Keçən il "Sumqayıt" Xəyal Nəcəfovun "Neftçi"yə satışından Azərbaycan səviyyəsində heç də pis sayılmayan məbləğ əldə etmişdi. İndi də Höccət. Görünür ki, klubda düzgün iş gedir. Bəzən dağıstanlı, rusiyalı, iranlı futbolçuların milliləşdirilməsinə görə "Sumqayıt" tənqid hədəfi olsa da, Riad Rəfiyevin gəlişindən sonra klubdakı müsbətə doğru dəyişiklər göz önündədir.
Bu yaxınlarda böyük perspektiv vəd edən serb müdafiəçi "Sumqayıt"a transfer olundu. Böyük ehtimalla, yaxın gələcəkdə o da hansısa kluba satılacaq. Ümidləri doğrultsa, yəqin ki, həmin klub "Traktor"dan da güclüsü olacaq və "Sumqayıt" bu keçiddən indikindən də çox qazanacaq.
Əslində, belə də olmalıdı. Əvvəl-axır Azərbaycan klubları bu yola üz tutacaqlar. Müasir futbol biznesdi. Dünyada Azərbaycandakı kimi təkcə pul xərcləmirlər, həm də futboldan pul qazanırlar.
Bir neçə il öncə "Qəbələ" bu yolu tutmuşdu. Həmin vaxt əyalət klubu qısa müddətdə 3 futbolçunun digər Azərbaycan klublarına satışından təxminən yarım milyon manat gəlir əldə etmişdi. Təbii ki, 500 min klubun heç yarımillik büdcəsi deyil, razıyam. Amma yenə də əlavə gəlirdi. Belə görünür ki, bu gün də "Qəbələ"nin başlatdığı işi "Sumqayıt" davam etdirir və istər Xəyalın, bu gün isə Höccətin satışı göstərir ki, "Gənclik şəhəri"nin təmsilçisi düz yoldadır...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- II Liqada 4 oyunda 22 qol
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
11:32
“Qarabağ” - “Dinamo” oyununun biletləri satışda
-
11:15
DÇ: U-15 millimizin növbəti rəqibi dəqiqləşib
-
11:00
Çempionlar Liqası: "Araz-Naxçıvan" ilk matçına çıxır
-
10:46
"Beşiktaş"ın qələbəsi VİDEO
-
10:23
Beş cüdoçumuz Asiya Kubokunda iştirak edəcək
-
10:09
"Trabzonspor"dan əzmkar qələbə VİDEO
-
09:51
Anje Mutsinzi: “Sumqayıt”ı məğlub etmək heç də asan deyil”
-
09:34
Murad oynadı, komandası xal itirdi
-
09:17
Derbini "Qalatasaray" qazandı VİDEO
-
09:00
"Qızıl top"un sahibi açıqlanıb
-
08:45
Azərbaycan kubokunda 2-ci mərhələ başlayır
-
20:32
Fərid Ələkbərov: "ÇL-də oynamaq hər idmançıya qismət olmur"
-
19:18
Millimiz qrupda üçüncü oldu
-
18:23
Bakıda ne-vaza üzrə ACF Kubokuna yekun vurulub
-
18:04
Samuel Eto`O Azərbaycana gəlib
-
17:56
“Kayrat”ın baş məşqçisi istefa verdi
-
17:31
11 cüdoçumuz Əbu-Dabidə keçiriləcək "Böyük Dəbilqə"də iştirak edəcək
-
17:17
Dünya çempionatı: Nihat Məmmədli finalda, Həsrət Cəfərov uduzdu
-
16:48
“Sumqayıt”ın sabiq baş məşqçisi istefaya göndərildi
-
16:25
Karateçilərimiz Belçikada keçirilən Avropa çempionatında üç medal qazanıblar
-
16:00
Proqnoza fransız - YAZI
-
15:32
Tunar Bağırov daha bir beynəlxalq yarışın mükafatçısı olub
-
15:13
Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
-
14:44
Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib
-
14:26
Boksçularımız U-19 dünya çempionatını iki medalla başa vurublar
-
14:07
"Araz-Naxçıvan" - "Uypest": Təyinatlar müəyyənləşdi
-
13:51
Volkov Azərbaycan çempionatında bunu bacaran 30-cu futbolçu olub
-
13:35
“Turan Tovuz” 150-yə çatdı
-
13:18
Rəşad Sadıqov üçün yubiley
-
13:15
Dünya çempionatı: Azərbaycan millisi İsrailə qalib gəldi
-
13:00
Azərbaycan kuboku: Hakim təyinatları açıqlandı
-
12:42
"Yuventus" səfərdə sevindi VİDEO
-
12:24
Qustavo Klisman: “Qol buraxmışıqsa, günahı bir nəfərin üzərinə ata bilmərik”
-
12:06
"Bavariya" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:51
Boksçumuz Avropa çempionu oldu
-
11:37
"Mlan" "Udineze"yə şans tanımadı VİDEO
-
11:13
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:59
"Real" səfərdə "Barselona"nı devirdi VİDEO
-
10:48
Millimiz Düşənbədə keçirilən cüdo üzrə turniri beş medalla başa vurub
-
10:35
"İnter"dən inanılmaz geridönüş VİDEO
-
10:22
U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kubokunun ilk qalibləri müəyyənləşib
-
10:04
Muaddib: “Çempionluq “Qarabağ”la iki yox, bir komanda arasında gedəcək”
-
09:56
İnfantinodan Azərbaycan çempionatıın oyunundan paylaşım etdi
-
09:31
"Liverpul"un qələbəsi VİDEO
-
09:17
Toral Bayramov üçün 7 dəqiqə
-
09:00
"Mançester Yunayted" yenə uduzdu VİDEO
-
21:06
Qurban Qurbanov: “Bunu düşünməyərək oyuna hazırlaşmışdıq”
-
20:42
Millimiz Avstraliyaya uduzdu
-
19:53
"Qarabağ" bir xalla kifayətləndi
-
15:28
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
27.10.2026
26.10.2026
25.10.2026
























