4 Noyabr 2026, Çərşənbə
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Ölkə futbolu

"Neftçi" sabah Kiprə yollanacaq

“Neftçi” Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacağı “Aris” (Limassol) klubu ilə ilk oyunun hazırlığını davam etdirir. 

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Türkiyə toplanışından qayıdandan sonra birgünlük fasiləyə buraxılan komanda üzvləri iyulun 17-də məşqlərə başlayıb. Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan hazırlıq prosesində əsasən toplu çalışmalar icra olunub.

Sabah səhər Kiprə yola düşəcək “ağ-qaralar”ın oyunöncəsi son məşqi Bakı vaxtı ilə saat 21:30-da Limassol şəhərindəki “AEK Arena” stadionunda baş tutacaq və media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) olacaq. Məşqdən əvvəl - saat 21:00-da isə baş məşqçi Laurentsiu Regekampf və serbiyalı futbolçu Voislav Stankoviçin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Qeyd edək ki, “Aris” - “Neftçi” matçı iyulun 21-i Bakı vaxtı ilə saat 21:30-da “AEK Arena”da keçiriləcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30