4 Fevral 2026, Çərşənbə
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb
XXII turun oyun cədvəli açıqlandı
"Qarabağ" yeni transfer edir

Ölkə futbolu

“Baş məşqçimiz Azərbaycan millisinin güclü və zəif tərəflərini bizə göstərib”

Qazaxıstan millisinin yarımmüdafiəçisi Asxat Tağıbergen Millətlər Liqasında Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Futbolxeber.az saytının məlumatına görə, “Tobol”un 31 yaşlı futbolçusu bu gün keçirilən mətbuat konfransında bunları deyib:

“İndiyə qədər Azərbaycan yığması ilə 8 oyun keçirmişik. Biz dörd oyunda qalib gəlmişik, iki dəfə uduzmuşuq, iki dəfə də heç-heçə qeydə alınıb. Bir sözlə, bu rəqiblə tez-tez qarşılaşırıq. Sabahkı oyuna da hazırıq. Yeni baş məşqçimiz rəqibin güclü və zəif tərəflərini bizə göstərib. Sabah bütün gücümüzü meydanda qoymağa və yaxşı nəticə qazanmağa çalışacağıq. Komandada əla atmosfer var”.

Qeyd edək ki, iyunun 3-də “Astana Arena”da keçiriləcək Qazaxıstan-Azərbaycan oyununa Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28