4 Oktyabr 2026, Bazar günü
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi

Ölkə futbolu

Bışovets: “Azərbaycanla oyunda qazaxların qollarına mərc edərdim"

Tanınmış rusiyalı məşqçi Anatoli Bışovets Millətlər Liqasının birinci turunda keçiriləcək Qazaxıstan-Azərbaycan oyunundan gözləntilərini bölüşüb.

Futbolxeber.az saytının məlumatına görə, rusiyalı mütəxəssis sözügedən görüşdə Qazaxıstan millisinin qollar vurmasını gözlədiyini deyib:

"Qazaxıstan millisi ilk turda öz meydanında Azərbaycan yığmasını qəbul edəcək. Mən həmişə Qazaxıstan millisinin matçlarına baxıram. Fürsət düşən kimi ev oyunlarını "Astana Arena"da izləyirəm. Fikrimcə, burada hansısa sehrli ab-hava var, bütün matçlar çox möhtəşəmdir! Qazaxıstan millisi evdə çox cəsarətli və hücum futbolu oynayır. Heç kimdən qorxmurlar və həmişə yalnız irəli gedirlər. Neytral bir azarkeş isə bu oyunu bəyənməyə bilməz. İnanıram ki, Qazaxıstan taktikasını dəyişməyəcək və qarşıdakı görüşdə də hücuma keçəcək. Ona görə də bu görüşdə meydan sahiblərinin qollarına mərc edərdim!"

Qeyd edək ki, sabah keçiriləcək Qazaxıstan-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31