5 Iyun 2026, Cümə
Elşad Quliyevdən qələbə şərhi
"Qəbələ" kapitanı ilə vidalaşdı
Yankoviç "Qarabağ"da qalır?
Addaidən “Qarabağ” paylaşımı

Ölkə futbolu

Premyer Liqamızda iştirak edəcək klublara lisenziyalar təqdim edildi

2022-2023-cü il lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirilib.

Futbolxeber.az-ın AFFA saytına istinadən verdiyi məlumata görə, görüş assosiasiyanın inzibati binasında olub. 

Təltifetmə mərasimində iştirakçılara mövsümün yekunları, statistik göstəricilər və növbəti mövsüm üçün lisenziyalaşdırma qaydalarında gözlənilən dəyişikliklər haqda məlumat verilib.

Növbəti mövsüm öncəsi AFFA İcraiyyə Komitəsi yeni qaydaları təsdiqləyəndən sonra edilmiş dəyişikliklərlə bağlı klublarla ətraflı treninqlər keçiriləcək.

Tədbirin sonunda növbəti mövsümdə çıxış etmək üçün lisenziya əldə etmiş klublar müvafiq lisenziyalarla təltif olunub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30