4 Noyabr 2026, Çərşənbə
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Ölkə futbolu

“Neftçi” “Qəbələ”yə şans tanımadı

Azərbaycan Premyer Liqasında 20-ci tura start verilib. 

Futbolxeber.az saytının məlumatına görə, ilk oyun günündə 2 görüş keçirilib. 

"Keşlə" "Sumqayıt"ı qəbul edib. 90 dəqiqə ərzində qalib müəyyənləşməyib - 1:1. 

Günün digər oyununda isə bu gün yaranmasının 85 illiyini qeyd edən "Neftçi" doğma meydanda "Qəbələ" ilə üz-üzə gəlib və 4:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 matçla yekun vurulacaq. 

18 mart (cümə)

“Neftçi” - “Qəbələ” - 4:0

Qollar: Eddi İsrafilov, 7, 90+5,  Mamadu Mbodj, 17, Gilyerme Pato, 81

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev

“Bakcell Arena”

“Keşlə” - “Sumqayıt” - 1:1

Qollar: Amil Yunanov, 45 (1:0), Franko Flores, 57-avtoqol (1:1)

Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Eyyub İbrahimov, Fərid Hacıyev

“ASK Arena”








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30