12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Mahir Emreli Polşa çempionatında ilk qolunu vurdu

Millimizin hücumçusu Mahir Emrelinin komandası "Legiya" bu gün növbəti oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, Varşava təmsilçisi Polşa çempionatının 8-ci turunda "Qurnik"i qəbul edib. Görüş "Legiya"nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir matçın 46-cı dəqiqəsində Tomaş Pekhartın əvəzinə meydan daxil olub. O, 79-cu dəqiqədə komandasının 3-cü qolunu vurub. Bu, Emrelinin Polşa çempionatında ilk qoludur.

24 yaşlı hücumçu buna qədər Çempionlar Liqasında 2, Avropa Liqasında 3 və Polşa superkubokunda 1 qol vurmağı bacarsa da, çempionatda rəqib qapılarına yol tapa bilməmişdi.

Qeyd edək ki, "Legiya" bu nəticədən sonra 9 xalla 12-ci pillədə qərarlaşıb. Komanda 1 oyun az keçirib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30