12 Avqust 2026, Çərşənbə
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Ölkə futbolu

Elmar Baxşıyev: “Daha yaxşı ola bilərik”

"Oyunun çətin keçəcəyini bilirdik. Komandanı ağır matça hazırlamışdıq. Son iki mövsümdə “Səbail”lə ev görüşlərində qalib gələ bilməməyimiz komandaya əlavə motivasiya verirdi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 4-cü turunda "Səbail"ə qalib gəldikləri oyundan sonra təşkill edilən mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis 5:0 hesablı qələbəni belə şərh edib: "Futbolçular verilən tapşırığı meydanda layiqincə yerinə yetirdilər. Omar Hani potensialının 50 faizini göstərir. Məşqdə də hiss edirik ki, hələ optimal formada deyil. Əlbəttə, öz formasına çatsa, daha yaxşı Omar görəcəyik. İlk hissədə də komanda rahat oynayır, necə hücum etməyi bilirdi. Fasilədə bir neçə korrektə etdik, bəzi zonalara diqqəti artırdıq. İkinci yarıda futbolçularımız daha artığını göstərdi.

Bu, komandanın potensialı deyil və daha yaxşı ola bilərik. İnanıram ki, oyun planında daha yaxşı olacağıq. Ülvi İsgəndərov lazımi anda oyunu gücləndirə biləcək futbolçudur. Sevindiricidir ki, komandaya fayda verə bilir. Yaovi Akakponun zədəsi ciddiyə bənzəyir, amma tibbi müayinədən sonra dəqiqləşəcək”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31