Ölkə futbolu
Samir Abasov: “... hər şey yaxşı olacaq”
"Artıq meydana daxil olanda klubun böyüklüyü, əzəməti görünürdü. Sabah hansı komandaya qarşı oynayacağımız meydana ilk addımı atandan bəlli olur. Rəqib haqda uzun-uzadı danışmaq istəmirəm, sadəcə, onu deyim ki, “Olimpiakos” bu cür turnirlərə alışıb. Keçən il Avropada göstərdiyi oyun bu klubun məqsədinin, böyüklüyünün göstəricisidir”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşü çərçivəsində səfərdə “Olimpiakos”a qarşı oyunöncəsi mətbuat konfransında deyib.
O, komandasında gərginlik olmadığını bildirib: “Bizi təcrübəli, heyətində çox keyfiyyətli futbolçular olan komandaya qarşı çətin oyun gözləyir. Bununla belə, çox rahatıq. İlk mərhələdən fərqli olaraq, həm fiziki cəhətdən, həm də oyun baxımından özümüzə gəlməyə başlamışıq. Bu cür oyunlar formaya tez düşməyimizə kömək edir. “Neftçi” olaraq uzun müddət Çempionlar Liqasından uzaq qaldığımızı nəzərə alsaq, sabah hər bir halda yaxşı təcrübə toplayacağıq. Bundan sonrakı rəqiblərimizin də aşağı-yuxarı eyni gücdə olması bizim üçün yetərincə təcrübə olacaq. Bu, bizə qarşıdakı matçlarda kömək ola bilər. Sabahkı oyun üçün psixoloji vəziyyətimiz də kifayət qədər yerində olmalıdır ki, rəqibə qarşılıq verə bilək. İnanıram ki, hər şey yaxşı olacaq”.
Samir Abasov qeyd edib ki, komandası güclü rəqibə qarşı ilk növbədə psixoloji cəhətdən hazır olmalıdır: “Bu cür rəqiblərlə ilboyu bir dəfə qarşılaşırıq, çempionatımız isə tamam fərqlidir. Sabah rəqibin oyunundan da çox şey asılı olacaq. Ən birinci psixoloji hazır olmalıyıq. Daha çox qaçmalıyıq”.
“Neftçi”nin çalışdırıcısı transferlər barədə də danışıb: “Cavab matçına kimi transfer gözlənilmir. Yeni transferlərdən Huqo ilə müqayisədə, Romen daha hazırlıqlıdır. Çünki əvvəlki komandası ilə mütəmadi olaraq məşq edib, toplanış keçib. Bura gəlməzdən əvvəl 5-7 gün məşqsiz qalıb. Məşqlərdə göstərdikləri ürəkaçandır. Huqo isə daha çox fərdi məşq edib ki, bu da komanda halında məşqlərdə sezilir”.
Abasov Vətənə sərfəli nəticə ilə dönəcəklərinə inandığını vurğulayıb: “Bakıya sərfəli nəticə ilə dönəcəyimiz realdır. Buna inanırıq. Rəqibin oyunlarına baxmışıq. Çempionat bitəndən sonra yaxşı komandalara qarşı 5-6 sınaq matçı keçiriblər. Əl-qolumuzu sallamayacağıq. Ümid edirəm ki, cavab oyununa daha şanslı qayıdacağıq. Yeni transferlərə ehtiyacımız var. Xüsusilə hücum xəttində güclənməliyik. Futbolçu azlığı baxımından da əziyyət çəkirik. Tranfer işlərimiz davam edir. Hücumçu və bəzi mövqelərə də futbolçu axtarışındayıq. Yaxın zamanda 1-2 oyunçunu transfer eləməyi düşünürük. İlk mərhələni keçmək üçün həyacan var idi. İndi isə həmin mərhələni keçdiyimiz üçün rahatıq. Gərgin olmağa bir səbəb yoxdur. Bütün bacarığımızı ortaya qoyacağıq. Ən azı rəqibə problem yaşatmağa çalışacağıq. Heç kimdən məsləhət almamışam, rəqibi köməkçilərimlə təhlil etmişik. Onların köməyi kifayət qədərdir. Hər birimiz bacardığımızı edirik”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
12.11.2026
11.11.2026
10.11.2026
























