11 Noyabr 2026, Çərşənbə
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi

Ölkə futbolu

Millimizin oyununa azarkeşlər buraxılacaq?

Azərbaycanın Moldova ilə Kişinyovdakı yoldaşlıq oyununun azarkeşlərin iştirakı ilə keçirilməsi gözlənilir.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə  "Moldfootball" açlqlama yayıb. Kişinyov bələdiyyəsinin Fövqəladə Xalq Sağlamlığı Komissiyası idman tədbirlərində tamaşaçılara tribunaların tutumunun 50 faizini doldurmağa icazə verib.
 
Yerli federasiya "Şerif" və "Sfıntul George" komandaları arasında ölkə kubokunun finalının azarkeşlərlə olacağını təsdiqləyib. Eyni qərarın Moldova - Azərbaycan qarşılaşmasına da şamil ediləcəyi gözlənilir.
 
Qeyd edək ki, Moldova - Azərbaycan oyunu iyunun 6-da "Zimbru" stadionunda baş tutacaq. Ölkə kubokunun finalı mayın 30-də eyni arenada gerçəkləşəcək.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30