3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

"Qəbələ" - "Qarabağ": 61-ci duel

 Azərbaycan Premyer Liqasının XXIV turunda “Qəbələ” öz meydanında “Qarabağ”la qarşılaşacaq.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, görüş Qəbələ şəhər stadionunda keçiriləcək.

Bu matç iki komanda arasında 61-ci duel kimi tarixə düşəcək. Rəqiblər indiyədək 60 dəfə üz-üzə gəlib. Əvvəlki görüşlərdə 12 dəfə qalib gələn “qırmızı-qaralar” 19 qarşılaşmada heç-heçə edib. Digər 29 matçda isə Ağdam təmsilçisi qələbə qazanıb. 50 qol vuran komanda öz qapısından 85 top buraxıb.

“Qəbələ” Premyer Liqada 50-ci dəfə “Qarabağ”la görüşəcək. İndiyədək keçirilən 49 oyunda 10 qələbəsi olan komanda 14 dəfə meydanı sülhlə tərk edibsə, 25 dəfə uduzub. Rəqib qapısına 42 dəfə yol tapan “qırmızı-qaralar” 71 top buraxıb.

“Qəbələ” 30-cu dəfə “Qarabağ”ı qəbul edəcək. Komanda əvvəlki ev oyunlarında 8 qələbə qazanıb, 10 heç-heçə edib və 11 dəfə uduzub. Bu görüşlərdə rəqib qapısından 29 top keçirən futbolçular 34 qola üzülüb.

Xatırladaq ki, aprelin 25-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Qarabağ” matçı saat 17:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31